Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanın ilk veb-saytı - www.science.az 20 yaşını qeyd edib

Azərbaycanın ilk veb-saytı - www.science.az 20 yaşını qeyd edib

Date: 17 December 2015 13:58


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının www.science.az rəsmi veb-portalının 20 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində science.gov.az portalının 20 il ərzindəki fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salınıb. Cari ildə ən son texnologiyalar tətbiq olunmaqla yeni versiyası hazırlanmış portalın ölkənin mətbuat tarixi və internet-media məkanında rolu qiymətləndirilib.
Tədbirdə AMEA-nın “ElmTV” internet-televiziyasının elmtv.az saytının təqdimatı olub.
 





Tags:  Azərbaycanın ilk veb-saytı wwwscienceaz 20 yaşını qeyd edib


RƏYLƏR


Top news