Tənbəllikdən necə qurtulmaq olar? - Psixoloq rəyi

Tənbəllikdən necə qurtulmaq olar? - Psixoloq rəyi
13:59 17 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

“Tənbəllik bədbəxtliyin yarısıdır. Tənbəl insanı heç kim qəbul etmək istəmir, ən yaxınları belə. Ancaq tənbəl insana “heç nə etmir, heç bir işə yaramır” deməklə daha ruhdan salmamalıyıq. Əksinə, onun həyata marağını yüksəltməyə çalışmaq lazımdır. Tənbəl insanları motivə etmək lazımdır”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Yeganə Mikayılova deyib.

 

Mütəxəssis bildirib ki, tənbəllik hər yaşda problem yarada bilər: “Halsızlıq səhhətdə yaranan narahatlıqlarla əlaqədar ola bilər, lakin bu arqument deyil. Psixoloji problemlərə isə daha ciddi yanaşmaq lazımdır. Depressiyanı çox zaman tənbəlliklə qarışdırırlar. Halsızlıq, əhvalın olmaması, ətrafa marağın azalması depressiyanın əlamətləridir. Əgər 2 ay müddətində heç bir irəliləyiş olmursa, mütəxəssisə müraciət etmək lazımdır. Xarakterdən irəli gələrək yaranan tənbəllik də var. Statistikaya görə, maddi təminatı olan adamlar tənbəlliyə meylli olurlar. Yaxud isti ölkələrdə az çalışıb çox qazanan insanlar arasında tənbəllər daha çoxdur”.

 

Psixoloqun fikrincə, çox işləmək gərginliyə səbəb olur və insan imkan olanda özünə istirahət də verməlidir: “Hər bir insanın məqsədi, amalı olmalıdır. Hər kəsin tənbəllik etməyə ehtiyacı ola bilər. Hər bir insanın istirahətə ehtiyacı var. Bir günlük istirahətdən sonra işə daha gümrah qayıtmaq mümkündür. Ayda bir dəfə özünüzə tənbəllik etməyə icazə verə bilərsiz”.

 

Qonaq qeyd edib ki, tənbəllik əsasən uşaq yaşlarında yaranır. Sonradan qazanılan tənbəllik isə müxtəlif səbəblərlə əlaqədar ola bilər: “Tənbəllik insanın bir nömrəli düşmənidir. İlk növbədə insan özünə zərər verir. Hər bir problemi aradan qaldırmaq üçün öncə səbəbləri aydınlaşdırmaq lazımdır. Əgər görüləsi iş sizə böyük görünürsə, onu kiçik hissələrə bölüb, həll etmək lazımdır. Tənbəllik uşaq yaşlarından yaranır. Çox yatmaq da tənbəlliyin əlamətidir. Müasir dövrdə sosial şəbəkələrdən asılılıq da tənbəlliyi yaradan səbəblərdəndir. Bu asılılıqdan xilas olmaq insanın özündən asılıdır. Həm də belə insanları motivə etmək lazımdır. Qeyd etmək lazımdır ki, valideyn olduqdan sonra bir çox insanlar tənbəlliyin daşını atırlar”.  

 

Verilişin digər qonağı müğənni Rahidə Baxış da mövzu ilə bağlı fikirlərini bölüşüb:

“Bu həyatda heç kimə güvənmək olmaz. İnsan öz ayaqları üzərində durmağı bacarmalıdır. Ailə qurandan, valideyn olandan sonra “atam baxacaq” desələr də, bu qısa müddətlik olur. Evdə oturmağın tərəfdarı deyiləm. Daim irəliyə getmək lazımdır. Tanıdığım işsiz insan var ki, bütün təkliflərdən bir bəhanə ilə imtina edir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR