Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mineral suların qiyməti qalxacaq

Mineral suların qiyməti qalxacaq

Date: 17 December 2015 14:05

"Slavyanka", "Sirab", "Badamlı", "Mor-mor" və "Qax" kimi mineral suların qiyməti qalxacaq.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılması ilə bağlı olub. Bunlardan 13-ü üzrə vergilər dövlət büdcəsinə, 3-ü üzrə vergilər isə bələdiyyə büdcəsinə ödənilir. Mədən vergisi hər kubmetr üçün hesablanılır. Məcəllədə vergi dərəcəsi ən çox qaldırılan isə faydalı qazıntı mineral sulardır:

"Mineral suların hər kubmetrinə tətbiq olunan vergi dərəcəsi 6 manatdan 10 manata qaldırılıb, yəni vergi dərəcəsində təxminən 70 faiz artım baş verib. Çox güman ki, dəyişikliklərin qüvvəyə minməsindən, yəni 2016-cı il yanvarın 1-dən sonra ölkəmizdə istehsal olunan mineral suların, o cümlədən "Slavyanka", "Sirab", "Badamlı", "Mor-mor", "Qax" sularının pərakəndə satış qiymətləri də qalxacaq".
 

İlkin İzzət
Milli.Az


Tags:  Mineral suların qiyməti qalxacaq


RƏYLƏR


Top news