Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycan parlamenti lisenziya və icazələrlə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb

​Azərbaycan parlamenti lisenziya və icazələrlə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb

Date: 17 December 2015 14:12

Bakı. 17 dekabr. REPORT.AZ/ "Lisenziyalarvə icazələr haqqında" qanun layihəsi bugün Azərbaycan Milli Məclisininplenar iclasında müzakirə olunub. "Report"un verdiyi xəbərə görə, qanun layihəsi lisenziyalar və icazələrin tənzimlənnməsini nəzərdə tutur.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, hazırda lisenziyalaşdırma sahəsi tənzimlənir və bu sahədə müəyyən hüquqi baza olsa da, icazələr üçün hüquqi baza yoxdur. Ona görə, bu layihədə "icazələr" anlayışı da əksini tapıb və icazələrin hüquqi bazası formalaşdırlır.
"Lisenziya və icazələr sistemlərinin dövlət tənzimlənməsi prinsipləri, lisenziya və icazələrin verilməsi, rəsmiləşdirilməsi, dayandırılması, ləğv edilməsi qaydaları, icazə verənlərin məsuliyyətinin tənzimlənməsi qanun layihəsində əks olunub", - deyə nazir müavini qeyd edib.
S.Məmmədov bildirib ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, o cümlədən Gürcüstan, Ukrayna, Avropa İttifaqı ölkələri, IFC-nin təcrübəsindən istifadə olunub.

Layihədə əsas məqam lisenziya və icazələrlə bağlı vahid siyasətin müəyyənləşdirilməsi ilə bağlıdır. Layihədə yeni prinsiplərdən biri də bu sahədə "susmaqla razılıq" prinsipidir. Yəni, sahibkarın hər hansı fəaliyyət üçün müraciətinə dövlət orqanı tərəfindən cavab verilməzsə, sahiblar fəaliyyətə başlaya bilər.

Həmçinin lisenziyaların müddətsiz verilməsi nəzərdə tutulub. Bu, hazırda qüvvədə olan lisenziyalara da şamil ediləcək.

Bundan başqa, lisenziya və icazələrin verilməsi prinsiplərinin sadələşdirilməsi, sərf olunan vaxtın azaldılması, "bir pəncərə" prinsipinin tətbiqi nəzərdə tutulub. Artıq lisenziyaların noyabrın 2-dən "ASAN Xidmət" vasitəsi ilə verilməsinə başlanılıb və indiyədək 200-dən artıq sahibkarlıq subyektinə lisenziya verilib.

Hazırda lisenziayalar 15 günə verilir, təklifdə əsasən lisenziyaların verilməsinin müddətinin 10 iş günü, icazələr üçün isə 7 iş gününə kimi azaldılması planlaşdırılır.


Tags:  Azərbaycan parlamenti lisenziya icazələrlə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb

RƏYLƏR


Top news