Füzuli Dövlət Dram Teatrı Yeni il münasibəti ilə proqram hazırlayıb

14:17 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, teatr Yeni il proqramını rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, həmçinin teatr binasında ictimaiyyətə təqdim edəcək.
Şənliyin ssenari müəlifləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.
Şənlikdə müxtəlif nağıl qəhrəmanları, cizgi film simvolları, Şaxta baba və Qar qız obrazında teatrın aktyorları Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, İntizar Quliyeva və başqaları çıxış edir.
Proqram yanvarın 10-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/fuzuli-dovlet-dram-teatri-qis-mocuzesi-nin-numayisine-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR