Rusiya prezidenti: "Türk rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm"

Rusiya prezidenti: "Türk rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm"
14:17 17 Dekabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Rusiyanın türkdilli xalqları Rusiyanın hissəsidir, onlar əvvəl olduğu kimi yenə bizim tərəfdaş və dostlarımız olaraq qalır". "Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Rusiya hökumətinin TÜRKSOY çərçivəsində əməkdaşlığın dayandırılması qərarını şərh edərkən deyib.
Eyni zamanda, Rusiya prezidenti Türkiyə rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılmasına heç bir perspektiv görmədiyini bildirib: "Hazırkı Türkiyə rəhbərliyi ilə anlaşmamız çox çətin, praktiki olaraq qeyri-mümkündür. Odur ki, Türk rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm. Humanitar səviyyədə isə bu mümkündür".
V.Putin bildirib ki, Rusiya iqtisadiyyat, eləcə də turizm sahəsində müəyyən məhdudlaşdırıcı tədbirlər görməyə və milli təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa məcburdur.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-prezidenti-turk-rehberliyi-ile-elaqelerin-yaxsilasdirilmasi-perspektivini-gormurem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR