Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"dəki ikinci neft quyusunda da yanğın söndürüldü

"Günəşli"dəki ikinci neft quyusunda da yanğın söndürüldü

Date: 17 December 2015 14:19

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində neft quyusuna keçən yanğın artıq söndürülüb.

 

Bu barədə “APA-Economics”ə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

 

"Qəza baş verəndən sonra yanğın bir neçə qaz və iki neft quyusuna keçmişdi. Dünən neft quyularından birində yanğın söndürülmüşdü. Bu gün isə ikinci neft quyusunda da yanğın söndürüldü. Beləliklə, hazırda yanan neft quyusu yoxdur, yanğın yalnız qaz quyularında qalıb", - deyə açıqlamada bildirilib.

 

Əlavə olaraq qeyd edilib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Tags:  Günəşlidəki ikinci neft quyusunda yanğın söndürüldü

RƏYLƏR


Top news