​Bakı-Sumqayıt dairəvi dəmir yolu layihəsinin dəyəri 550 mln. dollardır

14:22 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Bakıdan Sumqayıta düz xətt deyil, dairədir. Bakıdan çıxan qatar Zabrata, Zabratdan Pirşağı, oradan Novxanı, sonra Corat, Sumqayıt stansiyası, sonra isə oradan Xırdalan, Biləcəridən Bakıya gəlir. Bu, böyük bir dairədir. Dairənin bir xətli uzunluğu 91 km, iki xətli isə təqribən 180 km-dir", - deyə C.Qurbanov qeyd edib.
Şirkət rəhbəri bildirib ki, artıq Asiya İnkişaf Bankı tərəfindən bu layihənin biznes-planı hazırlanıb. Lakin hazırkı durum layihənin reallaşmasına imkan vermir.
"Yerli icra hakimiyyətləri, bələdiyyələr bütün yolların ətrafını satıblar, yol qırağında qanunsuz tikintilər var. Yolların kanalizasiyaları səhv, qeyri-qanuni rabitə xətləri çəkilib. Bunun hamısını yeniləmək üçün xətti ayırmaq lazımdır. Mühafizəsini qorumaq lazımdır ki, yollara heyvanlar çıxmasın, insanlar qanunsuz yerlərdən keçməsinlər,keçidlər olmalıdır. Bu, böyük layihədir. Bu layihənin ümumi dəyəri Asiya İnkişaf Bankı tərəfindən 500-550 mln. dollar həcmində qiymətlərndirilir. Bugün isə iqtyisadiyyatımız zəifdir və buna imkan vermir, o boyda imkanlarımız yoxdur. AİB bunun üçün biznes-plan da hazırlayıb", - deyə C.Qurbanov əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-sumqayit-dairevi-demir-yolu-layihesinin-deyeri-550-mln-dollardir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR