Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır

Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır
14:23 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Zibili qanunsuz yandırmaq olmaz - Yandıranlar böyük məbləğdə cərimə olundu (19 Aprel 2017 16:47)
Bakıda torpağı çirkləndirənlərə qarşı SƏRT TƏDBİRLƏR (19 Aprel 2017 16:04)
Azərbaycanda zibillikdən 120 kq pul tapıldı (10 Fevral 2017 11:08)

Bakı. Trend:

Bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı Milli Strategiya hazırlanır.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiyanın Konsepsiya Sənədinə dair Seminar keçirilib. Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini, “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi”nin idarəetmə qrupunun direktoru Sahil Babayev qeyd edib ki, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığının qorunması, bərk məişət tullantılarının idarə edilməsinin müasirləşdirilməsi və yenidənqurulması ölkəmizdə prioritet istiqamətlərdəndir.

Vurğulanıb ki, Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə “Təmiz Şəhər” ASC yaradılıb, Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodları istifadəyə verilib. Hazırda Balaxanıda Eko-Sənaye Parkı yaradılmaqdadır.

Bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 2009-cu ildən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən uğurla həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Qaradağ və Suraxanı poliqonları tam bərpa edilmiş, bərk məişət tullantılarının idarəçiliyi üzrə Böyük Bakı Strategiyası və Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin optimallaşdırılmasına dair hesabat hazırlanıb, tullantıların elektron informasiya sisteminin tətbiqinə başlanılıb, Bakı şəhəri və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanıb, paytaxtda toplama və daşınma sisteminin təkmilləşdirilməsi üçün 3239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları ilə təchiz olunub.

Layihənin 2014-2016-cı illəri əhatə edən ikinci mərhələsində Balaxanı poliqonunun yenidən qurulması işlərinə, habelə Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanmasına başlanılıb. Bu məqsədlə beynəlxalq məsləhətçi şirkətlərin konsorsimu cəlb edilmiş və onlar tərəfindən ölkəmizdə bərk məişət tullantılarının idarə edilməsinin cari vəziyyətinin öyrənilməsi məqsədilə 11 pilot sahədə tullantıların tərkibinin və həcminin müəyyənləşdirilməsinə dair tədqiqatlar, ölkənin yol şəbəkəsinə, relyef, geoloji, hidrogeloji və topoqrafik xüsusiyyətlərinə, çay və göl şəbəkəsinə dair araşdırmalar aparılmış, müxtəlif dövlət qurumlarından alınmış statistik məlumatlar, rayon və şəhərlərdən daxil olmuş sorğular təhlil edilib.

Bu məlumatlar əsasında məsləhətçi şirkət ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşınma, toplama və zərərsizləşdirmə sisteminin qurulmasının optimal seçimi kimi regional sanitar poliqon və ötürücü məntəqələr şəbəkəsinin yaradılmasını təklif etmiş və sahə üzrə hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair seçim və inkişaf ssenarilərini özündə əks etdirən Konsepsiya Sənədinin layihəsini hazırlayıb. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Konsepsiya Sənədinin əsasında Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın yekun layihəsi hazırlanacaq və hökumətə təqdim ediləcək.

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Larisa Leşçenko Bank və Azərbaycan arasında əməkdaşlığın çoxşaxəli olduğunu və bir sıra sahələri əhatə etməklə uğurla davam etdirildiyini qeyd etmiş, layihəyə dair fikirlərini bölüşüb.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə çıxışında qurumun fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər barədə danışıb.

Sonra Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi sahəsindəki mövcud vəziyyətə və qarşıya qoyulan hədəflərə, Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın məqsədlərinə və Konsepsiya Sənədinə dair təqdimatlar keçirilmişdir.
Tədbirdə aidiyyəti qurumlar Konsepsiya Sənədinin layihəsinə dair rəy və təkliflərini bildiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:37

Xanımı Sərdardan belə acıq çıxdı - FOTO

28 Aprel 2017 23:37

Baş Konsul Rəşad İsmayılov Batumi Bələdiyyə Məclisinin sədri ilə görüşüb

28 Aprel 2017 23:29

Avstriyada sağçı ekstremizm və rasizm ilə bağlı cinayətlərin sayı artıb

28 Aprel 2017 23:27

Hıçqırığı necə dayandırmaq olar?

28 Aprel 2017 23:27

"Əl-Qaidə" liderlərindən biri öldürüldü

28 Aprel 2017 23:26

Şeydayevin Slovakiya çempionatında ikinci qolu - VİDEO

28 Aprel 2017 23:24

Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu

28 Aprel 2017 23:23

İmişlidə piyadanı avtomobil vurub

28 Aprel 2017 23:22

"Spartak"ın oyunçusu karyerasını Türkiyədə davam etdirəcək

28 Aprel 2017 23:22

"Məhz bu səbəbdən Meksika ilə aramızda divarın olması zəruridir"

28 Aprel 2017 23:17

Selena Qomez üç fərqli geyimdə - FOTO

28 Aprel 2017 23:12

"Prezidentlikdən öncəki həyatım üçün darıxıram"

28 Aprel 2017 23:12

Dərini təmizləyir, məsamələri yığır - GİL MASKASI

28 Aprel 2017 23:12

Ölkənin birincı xanımı televiziya aparıcısı olacaq - FOTOLAR

28 Aprel 2017 23:08

Elməddin xanımı haqda: "4 il olmuşuq"

28 Aprel 2017 23:05

"Son illərdə "Milan"ın heç bir baş məşqçisi məndən yaxşı olmayıb"

28 Aprel 2017 23:05

22 yaşlı qadın müəmmalı şəkildə bıçaq xəsarəti aldı - Ucarda

28 Aprel 2017 23:04

"Monako" 80 milyon avroya Mbappenin yalnız bir ayağını satar"

28 Aprel 2017 22:57

Xatirə İslam tənqid olundu - FOTO

28 Aprel 2017 22:57

"Shamkir Chess 2017":

28 Aprel 2017 22:55

Tarkan 50 avroluq nahar etdi, ofisiantlara 450 avro bəxşiş verdi

28 Aprel 2017 22:52

Hülya Avşar şayiələrə son qoydu - VİDEO

28 Aprel 2017 22:52

Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu

28 Aprel 2017 22:49

Tanınmış aparıcı qızı ilə bu evdə yaşayır - FOTO

28 Aprel 2017 22:47

Quartz: Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

28 Aprel 2017 22:42

Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir

28 Aprel 2017 22:42

Fəhləlikdən milyonçuluğa gedən yol –

28 Aprel 2017 22:38

"Əl-Qaidə"nin liderlərindən biri məhv edilib

28 Aprel 2017 22:37

ABŞ-ın sabiq prezidenti xəstəxanadan evə buraxılıb

28 Aprel 2017 22:37

Dünya liderlərinin cah-cəlallı İQAMƏTGAHLARI - FOTOLAR

28 Aprel 2017 22:33

Gül kələmi - həm tərəvəz, həm dərman

28 Aprel 2017 22:32

Rollarına görə keçəl olan 9 aktrisa - FOTO

28 Aprel 2017 22:32

Sözünü, əməli təkzib edir: Qadağan olsa da, uşaqlara siqaret satılır - VİDEO

28 Aprel 2017 22:27

Avtobus sürməyə icazəsi yoxdur - amma sükan arxasındadır - VİDEO

28 Aprel 2017 22:27

Ata Buş xəstəxanadan evə buraxıldı

28 Aprel 2017 22:24

Bu il evlənəcək cütlüklər - SİYAHI - FOTO

28 Aprel 2017 22:22

Aylıq 130 manata ev almaq istəyənlərdən tələb olunan sənədlər açıqlandı —

28 Aprel 2017 22:19

Zülfiyyədən İlqara irad: "Niyə mənim əvəzimə…" - FOTO

28 Aprel 2017 22:17