“Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursları”na başlanıb

“Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursları”na başlanıb
14:23 17 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Xəzər Universitetinin həyata keçirdiyi “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu” layihəsi üzrə təlim kurslarına başlanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islahatına uyğun məktəb direktorlarının və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı səmərəli idarəetmə təcrübəsi ilə tanış etməkdir.
Bu məqsədlə Xəzər Universitetində həftədə üç gün yeddi fənn (kurikulumun tətbiqi və idarə edilməsi, təhsilin idarə olunması, statistika və məlumatların təhlili, maliyyə və mühasibat uçotu, qanunvericilik və təhsil hüququ, təhsil psixologiyası və psixometrika) üzrə dərslər təşkil olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Potensial_mekteb_direktorlarina_mektebin_idare_edilmesi_uzre_telim_kurslarina_baslanib-912035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR