Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sızanaq ləkələrini yox edən təbii üsullar

Sızanaq ləkələrini yox edən təbii üsullar

Date: 17 December 2015 14:27

Sızanaq ləkələri bəzən aylarla, hətta illərlə getmir.

Milli.Az publika.az-a istinadən dərinizi gözəlləşdirmək və qüsurları aradan qaldırmaq üçün üsullar təqdim edir:

Alma sirkəsi
 
Alma sirkəsi dəri üçün lazımlı olan bütün vitaminləri (A, C, E, P, B2) ehtiva edir. Bu səbəbdən, dərinin özünü bərpa etməsi üçün gün ərzində ən azı iki dəfə alma sirkəsi ilə üzü təmizləmək lazımdır. Bunun üçün 1 xörək qaşığı alma sirkəsi ilə 1 xörək qaşığı suyu qarışdırın. Daha sonra pambığın köməkliyilə bu qarışığı üzə çəkin. Yarım saat keçdikdən sonra üzünüzü yuyun və dəri tipinizə uyğun krem çəkin.
 
Bal
 
Bal dərini nəmləndirir, ləkələri yox edir. Balın təbii və keyfiyyətli olması mühümdür. Bir ay müddətində balı üz və boyun bölgəsinə çəkib, 20 dəqiqə saxlamaq, daha sonra ilıq su ilə təmizləmək kifayət edəcək.
 
Qoz yarpağı
 
Bir ovuc qoz yarpağını 1 stəkan suda qaynadıb, daha sonra 2-3 dəqiqə dəmləyin. Çayı süzün. Pambıq vasitəsilə bu çayı üz və boyun dərisinə çəkin. Yarım saat saxladıqdan sonra dərini soyuq su ilə təmizləyin.
 
Cəfəri
 
Bir litr suyu qaynadın. Bir dəstə cəfərini bu suya töküb dəmləyin. Cəfərini əzib üzünüzə çəkin. İyirmi dəqiqə gözlədikdən sonra üzünüzü cəfərini dəmlədiyiniz su ilə yuyun.
 
Kahı
 
Kahı da dəri üçün faydalıdır. İyirmi beş qram kahını 3 stəkan suda qaynadın. Suyunu süzün. Səhər və axşam olmaqla, gündə iki dəfə bu su ilə üz dərinizi silin.

Milli.Az


Tags:  Sızanaq ləkələrini yox edən təbii üsullar

RƏYLƏR


Top news