"İşte benim stilim" dəb yarışının azərbaycanlı iştirakçısı Sima Şərafətdinova türkiyəli məşhurlarla podiuma çıxacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iştirakçı 10 məşhur modellə eyni səhnəni paylaşacağını bildirib:
"İzmirdə baş tutacaq defiledə Çağla Şikel, Ece Gürsel, İvana Sərt və başqa 10 model iştirak edəcək. Onlar sırasında mən də podiuma çıxacam. Bu xeyriyyə tədbiri autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub. Mən isə Tolgacamın kolleksiyasından sultan obrazında podiuma çıxacam".
Milli.Az