Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putin: "Suriya üzrə mövqeyimiz dəyişmir"

Putin: "Suriya üzrə mövqeyimiz dəyişmir"

Suriya üzrə danışıqların dördüncü raundu başa çatdı (03 Mart 2017 23:37)
"Bu, danışıqlar prosesinə sarsıdıcı zərbə vurur" - Putin (28 Fevral 2017 20:37)
Putin Ərdoğana zəng etdi - Nədən danışdılar? (09 Fevral 2017 19:27)

Tarix: 17 Dekabr 2015 14:42

Bakı. 17 dekabr. REPORT.AZ/ "Suriya üzrə mövqeyimiz dəyişmir".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Bəşşar Əsədin gələcəyi ilə bağlı danışarkən deyib.
"Yalnız Suriya xalqının onlara kimin rəhbərlik edəcəyini müəyyən etməyə hüququ var. Münaqişənin siyasi həldən başqa yolu yoxdur", - Rusiya prezidenti əlavə edib.
Dövlət başçısı Rusiyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriya üzrə irəli sürdüyü qətnamə layihəsini dəstəklədiyini bildirib: "Kompromis mümkündür, lakin hər iki tərəfdən güzəşt olmalıdır. Biz regionda sülhün və sabitliyin bərqərar olması üçün səy göstəririk".

Teqlər:  Putin Suriya üzrə mövqeyimiz dəyişmir



RƏYLƏR


Top xəbərlər