Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır

Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır
14:42 17 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

Zibili qanunsuz yandırmaq olmaz - Yandıranlar böyük məbləğdə cərimə olundu (19 Aprel 2017 16:47)
Bakıda torpağı çirkləndirənlərə qarşı SƏRT TƏDBİRLƏR (19 Aprel 2017 16:04)
Azərbaycanda zibillikdən 120 kq pul tapıldı (10 Fevral 2017 11:08)

Bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı Milli Strategiya hazırlanır.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiyanın Konsepsiya Sənədinə dair Seminar keçirilib. Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini, "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi"nin idarəetmə qrupunun direktoru Sahil Babayev qeyd edib ki, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığının qorunması, bərk məişət tullantılarının idarə edilməsinin müasirləşdirilməsi və yenidənqurulması ölkəmizdə prioritet istiqamətlərdəndir.

Vurğulanıb ki, Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası prezidentinin sərəncamına uyğun olaraq, paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə "Təmiz Şəhər" ASC yaradılıb, Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodları istifadəyə verilib. Hazırda Balaxanıda Eko-Sənaye Parkı yaradılmaqdadır.

Bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 2009-cu ildən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən uğurla həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Qaradağ və Suraxanı poliqonları tam bərpa edilib, bərk məişət tullantılarının idarəçiliyi üzrə Böyük Bakı Strategiyası və Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin optimallaşdırılmasına dair hesabat hazırlanıb, tullantıların elektron informasiya sisteminin tətbiqinə başlanılıb, Bakı şəhəri və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanıb, paytaxtda toplama və daşınma sisteminin təkmilləşdirilməsi üçün 3239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları ilə təchiz olunub.

Layihənin 2014-2016-cı illəri əhatə edən ikinci mərhələsində Balaxanı poliqonunun yenidən qurulması işlərinə, habelə Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanmasına başlanılıb. Bu məqsədlə beynəlxalq məsləhətçi şirkətlərin konsorsimu cəlb edilmiş və onlar tərəfindən ölkəmizdə bərk məişət tullantılarının idarə edilməsinin cari vəziyyətinin öyrənilməsi məqsədilə 11 pilot sahədə tullantıların tərkibinin və həcminin müəyyənləşdirilməsinə dair tədqiqatlar, ölkənin yol şəbəkəsinə, relyef, geoloji, hidrogeoloji və topoqrafik xüsusiyyətlərinə, çay və göl şəbəkəsinə dair araşdırmalar aparılmış, müxtəlif dövlət qurumlarından alınmış statistik məlumatlar, rayon və şəhərlərdən daxil olmuş sorğular təhlil edilib.

Bu məlumatlar əsasında məsləhətçi şirkət ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşınma, toplama və zərərsizləşdirmə sisteminin qurulmasının optimal seçimi kimi regional sanitar poliqon və ötürücü məntəqələr şəbəkəsinin yaradılmasını təklif etmiş və sahə üzrə hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair seçim və inkişaf ssenarilərini özündə əks etdirən Konsepsiya Sənədinin layihəsini hazırlayıb. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Konsepsiya Sənədinin əsasında Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın yekun layihəsi hazırlanacaq və hökumətə təqdim ediləcək.

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Larisa Leşçenko Bank və Azərbaycan arasında əməkdaşlığın çoxşaxəli olduğunu və bir sıra sahələri əhatə etməklə uğurla davam etdirildiyini qeyd etmiş, layihəyə dair fikirlərini bölüşüb.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə çıxışında qurumun fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər barədə danışıb.

Sonra Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi sahəsindəki mövcud vəziyyətə və qarşıya qoyulan hədəflərə, Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın məqsədlərinə və Konsepsiya Sənədinə dair təqdimatlar keçirilmişdir.
Tədbirdə aidiyyəti qurumlar Konsepsiya Sənədinin layihəsinə dair rəy və təkliflərini bildiriblər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dünya prezidentlərinin MAAŞLARI

29 Aprel 2017 09:58

3 nəfərin zorladığı qızın qohumları təcavüzkarlardan birini döyüb öldürdülər

29 Aprel 2017 09:57

Metroda qadına sataşan manyak həbs edildi

29 Aprel 2017 09:56

Cəbhədə gərgin gecə: 9 mərmi atıldı

29 Aprel 2017 09:53

Son turda 4-cülük savaşı

29 Aprel 2017 09:52

Bakıda 3 ay müddətinə həbs edilmiş dustaq İNTİHAR ETDİ

29 Aprel 2017 09:52

Azərbaycanda polis özünü zəhərləyib uşağı xilas etdi

29 Aprel 2017 09:52

Arvadı ilə uşaqlarını öldürüb intihar etdi

29 Aprel 2017 09:52

Qazaxıstan IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq

29 Aprel 2017 09:52

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (29.04.2017)

29 Aprel 2017 09:47

Ağdaşda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib

29 Aprel 2017 09:47

Oğul ilə ata eyni qadına aşiq olarsa - AZƏRBAYCAN FİLMİ - VİDEO

29 Aprel 2017 09:47

Ermənilər minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 120 dəfə pozub

29 Aprel 2017 09:47

Cəbhədən xəbər var

29 Aprel 2017 09:46

ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olundu

29 Aprel 2017 09:43

"Yuventus" xal itirdi

29 Aprel 2017 09:42

Azərbaycanda qayınana gəlinini bıçaqladı

29 Aprel 2017 09:42

ABŞ-da uzaq məsafəyə yükdaşıma mədəniyyəti necə formalaşdı? - FOTOLAR

29 Aprel 2017 09:33

Daha bir ölkədə çempion bəlli oldu

29 Aprel 2017 09:32

Çempionun səfər sınağı

29 Aprel 2017 09:27

Marixuana leqallaşdırıldı

29 Aprel 2017 09:18

Deputat: "AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür"

29 Aprel 2017 09:17

"Real" "Valensiya"nı qəbul edir, Kataloniyada derbi

29 Aprel 2017 09:17

Nobel prospektində yeraltı piyada keçid istifadəyə verilib

29 Aprel 2017 09:12

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

29 Aprel 2017 09:12

Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR, ŞƏRTLƏR, TƏLƏBLƏR

29 Aprel 2017 09:09

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 09:05

“Lenovo” “Zuk” brendini ləğv edir

29 Aprel 2017 09:05

Azərbaycanlı məmur qızının yeni fotoları yayıldı

29 Aprel 2017 09:05

"Instagram"dan sevindirici xəbər

29 Aprel 2017 09:03

Meksikada marixuana leqallaşdırıldı

29 Aprel 2017 08:57

Galaxy S8+-in ekranının dəyişilməsi neçəyə başa gələcək?

29 Aprel 2017 08:57

Obama 400 min dollar qazandı

29 Aprel 2017 08:57

“Əbu Səyyaf”ın lideri məhv edilib

29 Aprel 2017 08:52

Sergey Brinin gizli və sirli layihəsi

29 Aprel 2017 08:52

"Barselona" və "Real"ın əfsanələri 38 min tamaşaçının qarşısında oyun çıxartdı - VİDEO

29 Aprel 2017 08:48

Qəbələdə və Cəlilabadda yanğın olub

29 Aprel 2017 08:47

“Uber”in uçan taksini nə vaxt təqdim edəcəyi məlum oldu

29 Aprel 2017 08:47

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq

29 Aprel 2017 08:47

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29 Aprel 2017 08:42

İlk təhlükəsiz smartfon təqdim edildi

29 Aprel 2017 08:42

Bağdadda partlayış: 6 ölü

29 Aprel 2017 08:37

“Samsung”dan sürücülər üçün yenilik

29 Aprel 2017 08:37

Venesuela rəsmən Amerika Dövlətləri Təşkilatından çıxdı

29 Aprel 2017 08:33

"Skonto" hərraca çıxarılıb

29 Aprel 2017 08:32

"Ağıllı" balış hazırlanıb - VİDEO

29 Aprel 2017 08:32

Şimali Koreya ballistik raketi sınaqdan keçirib

29 Aprel 2017 08:27

“Instagram”da aktiv istifadəçilərin sayı 700 milyonu ötdü

29 Aprel 2017 08:27

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 08:22

Əlillər üçün yeni qurğu yaradılıb - VİDEO

29 Aprel 2017 08:22