Bakı Sərnişin Vağzalı gələn il istifadəyə veriləcək

Bakı Sərnişin Vağzalı gələn il istifadəyə veriləcək
14:51 17 Dekabr 2015
14 Şou
Ölkə mətbuatı
A- A+

Bakı Sərnişin Vağzalında aparılan təmir işləri plana uyğun davam edir və artıq gələn il vağzal istifadəyə veriləcək.

Axşam.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Vağzalın təmiri vaxtında tamamlanacaq. Artıq vağzalın görkəmi yaxşılaşıb. Köhnə tikintini yeniləmək üçün vaxt lazımdır. Əsas işlər binanın aşağısında aparılır, çünki orada qrunt suları olub. Onun qarşısını alırıq ki, binanın özülünə zərər olmasın", - deyə C.Qurbanov əlavə edib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR