Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"28 Cinema"da "Oğlan evi: Azərbaycansayağı qarət" kinokomediyasının ulduzlu nümayişi keçiriləcək

"28 Cinema"da "Oğlan evi: Azərbaycansayağı qarət" kinokomediyasının ulduzlu nümayişi keçiriləcək

Date: 17 December 2015 14:52

Azərbaycanın premium kinoteatrı "28 Cinema" və "Avtostop" radiosu öz tamaşaçılarına "Oğlan evi: Azərbaycansayağı qarət" filmini aktyorlar, rejissorlar və qonaqlar ilə birlikdə nümayiş edəcəklər.

Qeyd edək ki, nümayiş dekabrın 18-də saat 21:30-da başlayacaq. Məşhurlardan imza almaq, fotosessiyada iştirak etmək, komediyanı birlikdə izləmək və çoxlu pozitiv emosiyalar almaq şansını qazana bilərsiniz.

Rejissor İlham Qasımovdur. Baş rolları Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyev oynayırlar. Filmdə, həmçinin Abbas Qəhrəmanov, Elşən Hacıbabayev, Xumar Səlimova,  Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov  və aparıcılar - DJ Fateh və Mətanət Əliverdiyeva rol alıblar.

Film haqqında məlumat: Hadisələr Bakıda cərəyan edir. İşbazlar 3 nəfərə  eyni mənzili satır və zərərçəkənlər pullarını geri almağa müvəffəq olmadıqlarından qəribə bir plana əl atırlar.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

"28 Cinema" hər zaman olduğu kimi öz tamaşaçılarını premyeralar, yeni layihələr ilə sevindirməyə hazırdır!


Tags:  Cinemada Oğlan evi Azərbaycansayağı qarət kinokomediyasının ulduzlu nümayişi keçiriləcək


RƏYLƏR


Top news