Milli Məclisin komitə üzvü: "Yeni İnzibati Xətalar Məcəlləsi cəmiyyətin fikri ilə üst-üstə düşür"

14:52 17 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin komitə sədri AŞPA-nın komitə iclasında iştirak edəcək (20 May 2017 11:37)
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib (16 May 2017 13:12)
Milli Məclisin növbəti plenar iclası başladı (16 May 2017 12:29)

Bunu "Report"a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov yeni hazırlanan İnzibati Xətalar Məcəlləsini şərh edərkən deyib.
O bildirib ki, yeni məcəllə cəmiyyətin fikri ilə üst-üstə düşür: "İctimai yerlərdə siqaret çəkməklə bağlı neqativ fikir həmişə olub, ona görə də bu, yeni İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Bundan başqa, məişət səs-küyü ilə bağlı məsələ də İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Bu, insanların istirahət hüququnun qorunması məqsədilə edilib. Gecə saat 00:00-dan səhər saat 07:00-a qədər həyətlərdə, binalarda, binaların girişlərində yüksəkdən danışmaq, musiqi alətlərindən istifadə etmək və digər bu kimi məsələlər inzibati xəta sayılır. Bu məsələlər cəmiyyətdə daha öncədən inzibati xəta hesab olunurdu.
Sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə 300 manat cərimə edilirdisə, bu məbləğ 400 manat olacaq. Məsələni cəmiyyətə "cərimələr bir neçə dəfə artırılıb" kimi təqdim edəndə çaşqınlıq yaranır, yanlış anlayırlar. Hamı bilməlidir ki, avtomobili sərxoş vəziyyətdə idarə etmək olmaz. Hətta düşünürəm, tətbiq olunan cərimənin məbləği azdır".
R.Cəbrayılov əlavə edib ki, Azərbaycanın yollarında insan ölümləri digər ölkələrə nisbətdə daha çoxdur: "Baxın, Azərbaycan qədər əhalisi olan İsveçdə avtomobil qəzalarının iki faizi ölümlə nəticələnir. Yəni, 100 avtoqəzanın cəmi ikisində adam ölür. Avstriyada bu rəqəm 2,7, Avropada 4, Türkiyədə 5, Azərbaycanda isə 33-36-dir. Bu, o deməkdir ki, 100 avtoqəzada 33-36 nəfər adam ölür, yəni, hər 3 qəzadan birində adam həlak olur. Həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. Məsələn, il ərzində Azərbaycan yollarında 1100-dən 1200-ə qədər adam ölür. Nəzərə alsaq ki, xəsarət alanların saylı ölənlərin 3 misli qədər olur, deməli, 3500-dən artıq insan da bədən xəsarəti alır. Azərbaycandakı avtoqəzalarla bağlı statistikaya baxanda adama elə gəlir ki, yollarda müharibə gedir. Heç Dağlıq Qarabağda aktiv döyüş əməliyyatları gedən vaxtlarda il ərzində 1200 nəfər həlak olmayıb. Düzdür, qəzaların səbəbləri çoxdur, amma bu səbəblərdən biri də avtomobili sərxoş vəziyyətdə idarə etməkdir".
Deputat İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanmasının dövlət büdcəsinin doldurulması məqsədi güdməsi barədə iddialara da münasibət bildirib: "Bir az obyektiv olmaq lazımdır, 300 manatlıq cərimənin 400 manata qaldırılması büdcəni doldurmaq demək deyil axı. Dünyanın hər yerində büdcənin doldurulmasının əsas kanalı vergidir. Azərbaycanda elə fəaliyyət sahələri var ki, vergidən kənarda qalıblar. Məsələn, şou-biznes əhli vergidən kənardadır. Onların ödədikləri vergi toy biznesinə uyğun deyil. Şadlıq evlərinin ödədikləri vergi də gəlirlərinə uyğun deyil. Bundan başqa, yeni tikililərdəki obyektlərin icarəyə verilməsindən vergi daxil olmur. Yeni tikilmiş binalardakı obyektlərin, mənzillərin yarıdan çoxu icarədədir. Mənzil icarəsi geniş yayılmış fəaliyyət sahədir. Mağazada çalışan insan vergi verir, amma mağazanın sahibi icarə vergisi vermir. Bunları vergiyə cəlb etmək lazımdır. Büdcədə kəsir olanda birmənalı şəkildə heç kəs vergidən kənarda qalmamalıdır. Kiçik mağaza vergi verir, xalq artisti vermir, bu, necə ola bilər?! Özlərindən müştəbeh halda deyirlər ki, dövlət tədbirlərində pulsuz oxuyurlar. Bu, o demək deyil ki, onlar vergi verməməlidirlər. Cərimələrin artırılması ilə büdcə doldurula bilməz. Bu, absurd fikirdir. Dövlətin belə siyasəti ola bilməz".
Qeyd edək ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olan yeni İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ramazan ayında necə qidalanaq? - həkim məsləhəti

27 May 2017 21:42

Qusar sakini ev təmiri zamanı yıxılaraq ölüb

27 May 2017 21:42

Azərbaycanda oğul anasını öldürdü - YENİLƏNİB

27 May 2017 21:42

Mustafa Cecelinin boşanma səbəbi - "Tərzimizi bəyənmirdik"

27 May 2017 21:37

Azərbaycan ordusunun “Aselsan” ratsiyaları Qarabağda Rusiya texnikasına qarşı - FOTO

27 May 2017 21:37

Üzdəki qara nöqtələrdən qurtulmağın sadə yolları

27 May 2017 21:37

Oruc tutan şəxslər bu idmanla məşğul ola bilməz

27 May 2017 21:33

Azərbaycanlı müğənninin xanımı və ögey oğlu Disneylenddə - FOTO

27 May 2017 21:32

O, "İbra"nın fanatıdır - FOTO

27 May 2017 21:32

Əncirin inanılmaz faydaları

27 May 2017 21:30

"Yaşımız o yaş deyil küsülü qalaq" - əməkdar artistdən barışıq mesajı

27 May 2017 21:27

Böyrəklərinizin təhlükədə olduğunu bildirən 8 ƏLAMƏT

27 May 2017 21:27

Fərda pis vəziyyətdə qaldı: avtobusda tanımadılar

27 May 2017 21:27

Mingəçevirdə oğul anasını qətlə yetirdi

27 May 2017 21:23

İştahanı nəzarət altında saxlamaq qaydası

27 May 2017 21:22

İslamda nəhs rəqəm anlayışı varmı?

27 May 2017 21:17

Nobeldən kim, niyə imtina edib

27 May 2017 21:13

Ramazan ayında çimmək olarmı?

27 May 2017 21:12

NATO-nun iclasında Azərbaycanın təklifi qəbul olundu - FOTO

27 May 2017 21:12

O, İnstagram fenomenidir - FOTO

27 May 2017 21:05

Məşhur futbolçu xanımı ilə çimərlikdə - FOTO

27 May 2017 21:05

Türkiyədə güclü zəlzələ olub

27 May 2017 21:01

"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ - FOTO

27 May 2017 20:58

Alzheimerə səbəb olan amillər

27 May 2017 20:57

Mingəçevirdə oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub

27 May 2017 20:57

Məktəblilər arasında dava ölümlə nəticələndi

27 May 2017 20:55

Azərbaycanda ən çox insan ölümünə səbəb olan bu xəstəlikdir - VİDEO

27 May 2017 20:52

Mübarək Ramazan ayında yuxu necə tənzimlənməlidir?

27 May 2017 20:52

Corat qəbiristanlığında hasarı qəbirin ortasından çəkdilər - VİDEO

27 May 2017 20:47

Başı suya batırmaq orucu pozurmu?

27 May 2017 20:47

''Qələbə'' dairəsində dəyşiklik edilib - VİDEO

27 May 2017 20:47

İH başçısının müavini: Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb

27 May 2017 20:43

Ramazanın 2-ci gününün duası

27 May 2017 20:43

Gənc müəllimin qeyri-adi tədris üsulu - "Şagirdlər həm öyrənir, həm də əylənir" - VİDEO

27 May 2017 20:42

Taksi sürücüləri fırıldaqçının hədəfində - Özünüzü bu şəxsdən qoruyun - VİDEO

27 May 2017 20:42

Ramazan ayının obaşdan və iftarlarının elmi tənzimlənməsi - ARAŞDIRMA

27 May 2017 20:42

Bazarda 8-9 yerlik avtomobillərə maraq artıb - SƏBƏB - VİDEO

27 May 2017 20:42

Ən çox yatan heyvanlar

27 May 2017 20:37

Papillomalardan xilas olmağın müxtəlif yolları

27 May 2017 20:37

Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı

27 May 2017 20:36

Çempionluq yolunda “Beşiktaş”a ağır zərbə

27 May 2017 20:32

İbrahimoviç, Kasilyas, Pepe, Ture - havayı ulduzlar

27 May 2017 20:32

Fransız model Tao - FOTO

27 May 2017 20:32

Doymanıza və kilo almamağınıza səbəb QİDALAR

27 May 2017 20:27

Siyavuş Novruzov: "Ermənistanın ballistik raketlərə malik olması Cənubi Qafqaz üçün təhlükə mənbəyidir"

27 May 2017 20:27

Millimiz ilk setdə uduzdu - YENİLƏNİR

27 May 2017 20:27

“Fənərbaxça” “Trabzonspor”a qarşı - YENİLƏNİR

27 May 2017 20:27

Türkiyədə güclü zəlzələ, yüzlərlə insan...

27 May 2017 20:23

Mübarək Ramazan ayı süfrəsində nə olmalıdır?

27 May 2017 20:22

Londonda TERROR HƏYƏCANI - Tamaşaçılar evakuasiya olundu

27 May 2017 20:18