Putin: “Yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyənləşdirməlidir”

Putin: “Yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyənləşdirməlidir”
14:54 17 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

“Suriyadakı müharibəni biz başlamamışıq. Orada ayrı-ayrı əməliyyatlar keçiririk”.

 

APA-nın məlumatına görə, bunu ənənəvi illik brifinqdə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

 

O qeyd edib ki, Rusiya rəhbərliyi nə etdiyini yaxşı bilir və bu barədə açıq danışır. 

 

Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinə gəldikdə isə Putin bildirib ki, rəhbərlikdə kimin təmsil olunacağını yalnız ölkənin xalqı müəyyən etməlidir.

 

“Heç vaxt razılaşa bilmərik ki, kimsə kənardan kimin rəhbərlik edəcəyini müəyyən etsin. Bu məsələ ilə bağlı ABŞ baş katibi ilə danışmışıq. Mövqeyimiz dəyişməyib, yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyən etməlidir. Ümumilikdə biz ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”, - deyə o vurğulayıb.

 

Putin əlavə edib ki, sözügedən qətnamə Suriya rəhbərliyini də qane etməlidir. Çünki bu təklif Suriyadakı qanlı münaqişənin həlli üçün bir cəhddir. 

 

Rusiyanın Suriyadakı hərbi bazasına gəldikdə isə Putin məsələ ilə bağlı birmənalı cavab verməkdə çətinlik çəkib. “Orada bizə hərbi baza lazımdır ya yox bilmirəm. Əmin deyiləm ki, Suriyada hərbi bazaya gərək var. Kimisə tapmaq lazımdırsa, onsuz da tapacağıq”, - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR