Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putin: "Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir"

Putin: "Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir"

"Moskva və Ankaranın başqa planları var" - Putinin yeni açıqlaması (16 Mart 2017 17:52)
Putin və Ərdoğan Türkiyəyə "S-400"ün tədarükünü müzakirə edib (15 Mart 2017 06:02)
Putin Ərdoğana zəng etdi - Nədən danışdılar? (09 Fevral 2017 19:13)

Tarix: 17 Dekabr 2015 14:57

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyə hökumətinin təyyarəmizə qarşı hərəkətini dost deyil, düşmən addımı kimi qiymətləndiririk".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulması hadisəsinə şərh verərkən deyib.
Onun sözlərinə görə, Rusiya tərəfini insidentdən sonra Türkiyə rəhbərliyindən heç kimin Moskva ilə əlaqə yaratmaması qıcıqlandırıb: "Bunun yerinə, onlar Brüsselə qaçdı. NATO-nun arxasında gizlənməyə başladılar. Bu NATO-ya lazımdır? Məlum oldu ki, yox".
V.Putin Rusiyanın Türkiyə ilə əməkdaşlıqdan imtina etmədiyini vurğulayıb. O bildirib ki, Moskva bir sıra həssas məsələlərin həllində Ankaranı dəstəkləməyə razılaşıb: "Bizə həssas məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduqlarını göstərsəydilər, hadisədən sonra telefonu qaldırıb bizə zəng edə bilərdilər. Amma heç bir söz də demədilər".

Teqlər:  Putin Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı qiymətləndirir



RƏYLƏR


Top xəbərlər