Bakı-Sumqayıt-Bakı istiqamətində daha iki elektrik qatarı hərəkət edəcək

Bakı-Sumqayıt-Bakı istiqamətində daha iki elektrik qatarı hərəkət edəcək
14:58 17 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Elvin Camalov, AZƏRTAC
Bakı-Sumqayıt-Bakı istiqamətində “Stadler Rail Group” şirkətinin daha iki elektrik qatarı hərəkət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə iki yeni elektrik qatarının alınması üçün nümayəndə heyəti Minskdə səfərdədir və qatarların biri artıq yoldadır.
Digər qatarın ya dekabr, ya da gələn ilin yanvar ayında Bakıda olacağını bildirən QSC sədri qatarlar gələndən sonra Bakı-Sumqayıt marşrutu üzrə reyslərin sayının artacağını söyləyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Sumqayit_Baki_istiqametinde_daha_iki_elektrik_qatari_hereket_edecek-912049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR