​Bakı-Sumqayıt dəmir yolu reyslərinin sayı artırılacaq

​Bakı-Sumqayıt dəmir yolu reyslərinin sayı artırılacaq
15:02 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşrutu ilə istismar olunan sərnişin qatarlarının sayı artırılacaq. Bu marşruta buraxılması üçün daha iki ədəd ikimərtəbəli "Stadler" qatarı ölkəyə gətirilir. "Report"un verdiyi xəbərə görə, bunu "Azərbaycan Dəmir Yolları"ASC-nin rəhbəri Cavid Qurbanov bildirib.
"İki yeni "Stadler" qatarının gətirilməsi üçün nümayəndələr göndərilib. Hazırda qatarlar Minskdədir, biri yəqin ki, artıq yolladır, digəri isə yəqin dekabrın sonu və ya yanvarın sonuna gətiriləcək. Bununla da reysləri artıracağıq. Lakin qatarların nə zaman istifadə veriləcəyi hələ dəqiq deyil. Çünki texniki məsələlər var. Əgər ehtiyac olarsa, Riqada təmir edilərək gətirilən qatarlar da istifadəyə verilə bilər", - deyə C.Qurbanov deyib.
Qeyd edək ki, hazırda bu marşrutda 3 ikimərtəbəli qatar və 2 təmir olunmuş qatar istismar olunur.
Şirkət rəhbəri dəmir yolunda daşıma xidmətləri tariflərinin dəyişdirilməsinin planlaşdırılmadığını vurğulayıb: "Dünyadakı tariflərlə müqayisədə bizim tariflər aşağıdır. Məsələn, Bakı-Sumqayıt 80 qəpikdir, Rsiyada 6 dollar, Fransada 20 dollar, bəzi yerlərdə 100-dollardan da çoxdur. Sosial məsələ olduğuna görə, qiyməti artırmırıq".
O, həmçnin, dəmir yolunda bilet satışında "on line" sistemə keçid üçün iş aparıldığını deyib: "Tezliklə dəmir yolunda bilet satışını kartlara, "on line" sistemə keçirəcəyik. Artıq proqram işlənilir, hər şey yenilənir". 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-sumqayit-demir-yolu-reysleri-artirilacaq1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR