İspaniyada 17 yaşlı gənc Baş nazirə yumruq atıb

İspaniyada 17 yaşlı gənc Baş nazirə yumruq atıb
15:03 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+



Madrid, 17 dekabr, AZƏRTAC
İspaniyada dekabrın 20-nə təyin olunmuş parlament seçkiləri üçün təbliğat kampaniyası zamanı seçicilərlə görüşdə hakim partiyanın lideri, Baş nazir Mariano Raxoya hücum olub.
Qalisiya vilayətinin Pontevedre şəhərində vətəndaşlarla ünsiyyətə girən Baş nazirə qəfil yaxınlaşan 17 yaşlı gənc Mariano Raxoyun üzünə yumruq atıb. Nəticədə Baş nazirin eynəyi yerə düşərək qırılıb. Daha sonra həmin gənc təhlükəsizlik xidmətinin əməkdaşına da yumruq atıb. Yalnız bundan sonra onu tuta biliblər.
Hadisədən sonra Mariano Raxoy vətəndaşlarla görüşünü davam etdirib. Baş nazirin seçkidəki bütün rəqibləri ona zəng edərək bu hadisədən təəssüfləndiklərini bildiriblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_17_yasli_genc_Bas_nazire_yumruq_atib-912053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR