"Xəzər Lənkəran" "Kəpəz"ə, "Neftçi" isə AZAL-a uduzdu (Nəticələr)

Topaz Premyer Liqasında 17-ci tura yekun vurulub.

Bu gün turun son iki görüşü keçirilib. "Xəzər Lənkəran" "Kəpəz"i qəbul edib. Qonaqlar 1:0 hesabı ilə qələbə qazanıb.

Günün ikinci matçında isə "Neftçi" AZAL-la qarşılaşıb. Bu matçda da gözlənilməz nəticə qeydə alınıb. AZAL Ruslan Nəsirlinin vurduğu qol sayəsində qalib gəlib.

“Xəzər Lənkəran” – “Kəpəz” - 0:1

Qol: Şəhriyar Rəhimov, 66

Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Asim Xudiyev
“Xəzər Lənkəran” mərkəzi stadionu

I dövrədəki oyun: 0:1


“Neftçi” – AZAL - 0:1

Qol: Ruslan Nəsirli, 29

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov

8-ci km qəsəbə stadionu

I dövrədəki oyun: 1:2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR