Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

"Türkiyə Azərbaycanla birgə yeni üçtərəfli formatların yaradılması işlərini davam etdirir" (18 Mart 2017 13:47)
Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılış vaxtə bəlli oldu (18 Mart 2017 11:33)
"İki ay ərzində Bakı-Tbilisi-Qars laihəsinin açılışı olacaq" (18 Mart 2017 11:09)

Tarix: 17 Dekabr 2015 15:07

Bakı. 17 dekabr. REPORT.AZ/ İstanbulda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib. Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Nazirlikdən bildirilib ki, görüşdə ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlər arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.
Danışıqlardan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib. 
Müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.



Teqlər:  Azərbaycan Gürcüstan Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib



RƏYLƏR


Top xəbərlər