Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevinmək əvəzinə şikayət edirlər - FOTO

Sevinmək əvəzinə şikayət edirlər - FOTO

Date: 17 December 2015 15:22

Bakının Xətai rayonu sakinlərindən biri Milli.Az-a müraciət edərək Əhmədli qəsəbəsindəki məhəllələrdən birindəki elektrik transformatorunun kabellərinin insanların həyatı üçün təhlükə törətdiyini bildirib:

"Bu elektrik transformatoru Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində, Məhəmməd Hadi küçəsi 51 ünvanında, məhəllənin tən ortasında yerləşir. Gördüyünüz kimi, elektrik naqillərinin çoxu çöldə, yerdədir. Fikirləşmirlərmi, bura məhəllədir, yaşayış yeridir? Burada neçə bina var, neçə ailə yaşayır, neçə uşaq məhəllədə oynayır. Uşaqdır, birdən gedib yaxınlaşdı. Onda necə olacaq? Buna görə kim hesab verəcək?"

Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlandırdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Milli.Az-a bildirdi ki, adıçəkilən ərazidə təhlükəli heç nə yoxdur və kabellərin açıqda olması isə orada aparılan təmir işləri ilə bağlıdır: "Hazırda elə həmin sakinləri keyfiyyətli formada elektrik enerjisi ilə təmin etmək üçün orada təmir işləri aparılır, köhnə kabellər dəyişdirilir. Buna görə şikayət etmək yox, sevinmək lazımdır".

Pünhan Mirzə
Milli.Az





Tags:  Sevinmək əvəzinə şikayət edirlər FOTO


RƏYLƏR


Top news