Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İranın Dini Ekspertlər Şurası üzvülüyünə namizədlərin irəli sürülməsi başlayıb

​İranın Dini Ekspertlər Şurası üzvülüyünə namizədlərin irəli sürülməsi başlayıb

Date: 17 December 2015 15:22

Bakı. 17 dekabr. REPORT.AZ/ İranın Dini Ekspertlər Şurasına (Xübreqan Məclisi) 5-ci çağırş seçkilərdə iştirak edəcək namizdələrin irəli sürülməsi başlayıb.
"Report" İran KİV-ə istinadən xəbər verir ki, namizdələrin irəli sürülməsi prosesi dekabrın 23-dək davam edəcək.
Xəbərə əsasən, şura və parlament seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.
Xatırladaq ki, Dini Ekspertlər Şurası İranın ali rəhbərini (indi bu vəzifəni ayətullah Seyid Əli Xamneyi tutur) seçir. Şuranın 86 üzvü ümumxalq səsverməsi yolu ilə seçilir. Hazırda qurumun sədri Məhəmməd Yəzdidir. O, bu vəzifəyə 2015-ci il martın 10-da seçilib. M.Yəzdi Qum Elmi Mərkəzi Müəllimlər Cəmiyyətinin sədri və şura sədrinin müavini vəzifələrində çalışıb. O, 1931-ci ildə andan olub.

Tags:  İranın Dini Ekspertlər Şurası üzvülüyünə namizədlərin irəli sürülməsi başlayıb

RƏYLƏR


Top news