Robert Sekuta Azərbaycanda əmək və sosial müdafiə sahəsindəki vəziyyətlə maraqlanıb

15:23 17 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından və müxtəlif sahələr üzrə həyata keçirilən əməkdaşlıqdan bəhs edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin dinamik və hərtərəfli inkişafını stimullaşdıran siyasətinin uğurlu nəticələrini diqqətə çatdıran nazir hər bir ölkə vətəndaşının layiqli həyat və əmək şəraiti, sosial müdafiə sistemi ilə təmin olunmasının aparılan siyasətdə mühüm yer tutduğunu vurğulayıb: “Ötən dövrdə ölkəmiz BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına, qadınlarla, uşaqlarla bağlı konvensiyalarına, BƏT-in əmək və məşğulluq sahəsində 57 Konvensiyasına, Avropa Sosial Xartiyasına, Avropa Şurasının Sosial Birlik üzrə Strategiyasına və s. sənədlərə qoşulub. Ümumilikdə Azərbaycan əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya, miqrasiya və digər sahələrdə sivil və demokratik dəyərləri təbliğ edən bütün beynəlxalq sənədləri ratifikasiya edib. Milli hüquqlar sistemi beynəlxalq normalar əsasında daim təkmiləşdirilir. Ölkədə cəmiyyətin hər bir üzvü üçün hər hansı ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə, sosial rifah xidmətlərindən yararlanma sahəsində bərabər imkanlar mövcuddur”.

S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi üçün icra olunan sosial proqramları qeyd edib: “Əhalisinin sayı 9,7 milyona yaxınlaşan ölkədə 2,3 milyondan çox insanın dövlət tərəfindən birbaşa sosial təminatı həyata keçirilir. Dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam edir. Məqsədyönlü dövlət proqramları ölkədə iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsinin məşğulluğuna imkan yaradıb. Uğurla aparılan iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsi əmək bazarında sabitliyin qarşıdakı dövrdə də davam edəcəyinə əsas yaradıb”.

Nazir, həmçinin əməyin ödənilməsində müsbət dinamikanın təmin edildiyini, orta aylıq əməkhaqqının son 12 ildə 5,6 dəfədən çox, bu ilin 11 ayında 4,6 faiz artdığını bildirib.

Gənclərin məşğulluğu, sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının yaradılması sahəsində görülən işləri diqqətə çatdıran S.Müslümov son illərdə əmək və sosial müdafiə sisteminin müasir və innovativ, şəffaf iş mexanizmləri əsasında qurulması üçün aparılan islahatlar barədə də məlumat verib: “Ötən il Azərbaycanda tətbiqinə başlanılan əmək müqavilələri üzrə elektron informasiya sistemi dünyada uğurlu təcrübələrdən biri kimi qarşılanıb. Elektron qeydiyyat sistemi əmək bazarına obyektiv və birbaşa nəzarətin həyata keçirilməsinə imkan verməklə, ən başlıcası, işçi hüquqlarının səmərəli müdafiəsi üçün mühüm vasitədir. Cəmiyyətdə bu sistemə böyük marağın nəticəsidir ki, təkcə bu ilin 11 ayında vətəndaşlar həmin sistemdən 1 milyon 829 min dəfəyə qədər faydalanıb. Yeri gəlmişkən, əmək müqavilələri üzrə elektron informasiya sistemində qeydiyyatda olanların 150 nəfəri ABŞ vətəndaşlarıdır”.

S.Müslümov Azərbaycanla ABŞ arasında əmək və sosial müdafiə sahəsində müəyyən layihələr çərçivəsində əlaqələrin mövcud olduğunu, bu sahədə sistemli əməkdaşlığın formalaşdırılması üçün müvafiq işlərin aparılmasının məqsədyönlü ola biləcəyini bildirib.

R.Sekuta əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib. O, ABŞ hökumətinin belə qəzaların aradan qaldırılmasında təcrübəsinin olduğunu və bu sahədə əməkdaşlığın əhəmiyyətli ola biləcəyini qeyd edib.

Səfir ölkəmizdə sosial cəhətdən həssas qruplara diqqət və qayğı göstərilməsi, o cümlədən insan alveri qurbanlarının sosial müdafiəsi, uşaq əməyindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması sahəsində görülən işlərlə maraqlanıb.

S.Müslümov nazirliyin tabeliyində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət göstərdiyini, mərkəz tərəfindən təkcə cari ilin ötən dövründə 57 nəfər insan alveri qurbanının və insan alverinin qurbanına çevrilmək riski olan 19 nəfər şəxsin maddi, tibbi, hüquqi, psixoloji və s. yardımlarla təmin edildiyini diqqətə çatdırıb. Nazir insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq, aparılan işlər, bu mövzu ilə bağlı ictimai məlumatlandırma tədbirləri barədə də məlumat verib.

Azərbaycanda uşaq əməyi ilə bağlı milli qanunvericiliyin də beynəlxalq prinsiplər əsasında təkmilləşdirildiyini vurğulayan S.Müslümov ölkənin Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmamış şəxslərin əmək, həmçinin onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasının qadağan edildiyini bildirib. O, aidiyyəti hökumət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq şəraitində aparılan işlərin müsbət nəticəsi kimi respublikada uşaq əməyindən qeyri-qanuni istifadə hallarının minimuma endiyini qeyd edib.

R.Sekuta, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası yönündə ölkəmizdə məqsədyönlü işlərin aparıldığını, xüsusən Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyətinin əhəmiyyətini, həmin mərkəzdə olaraq orada aparılan işlərlə yaxından maraqlanmaq istədiyini bildirib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-ci ilin dekabrında istifadəyə verilən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin həmin gənclərin peşə və ümumən sosial reabilitasiyasında mühüm rol oynadığını qeyd edın nazir mərkəzdə indiyədək artıq 640-dək sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğunu, onların mərkəzdə müxtəlif peşələrə yiyələnməklə bərabər, yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin edildiklərini diqqətə çatdırıb.

R.Sekuta Azərbaycanın əmək və sosial müdafiə sahəsində mütərəqqi dünya təcrübəsindən istifadəyə həmişə xüsusi önəm verilməsini, son illərdə respublikada əmək və sosial təminat sistemində aparılan islahatları yüksək dəyərləndirib. Səfir gələcəkdə iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın qurulması, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün onun tərəfindən səylər göstəriləcəyini vurğulayıb.

Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Aleksis Sançez tarixə düşməyə yaxındır

29 Mart 2017 19:17

İtaliya mediası Bakıdan yazdı

29 Mart 2017 19:13

ABŞ-da Konqres binası yaxınlığında silahlı insident baş verib

29 Mart 2017 19:13

Məşhur tenniçsi qadın çimərlikdə - FOTO

29 Mart 2017 19:12

“Lokomotiv” Azərbaycan çempionu oldu

29 Mart 2017 19:07

Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir - FOTO

29 Mart 2017 19:05

ABŞ Konqresi yaxınlığında ATIŞMA

29 Mart 2017 19:05

Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edildi

29 Mart 2017 19:03

Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL MESAJI - FOTOFAKT

29 Mart 2017 18:57

İranlı turist İrəvanda ASILDI

29 Mart 2017 18:53

"Kristal Abşeron"un ABB-nin adından yalan məlumat yaydığı üzə çıxdı

29 Mart 2017 18:52

Kartları birləşdirən azərbaycanlı: Koreyada maraqlı ixtira edən gənc

29 Mart 2017 18:52

"Od vurub yandıracağıq" - Erməni məmuru hədələdilər

29 Mart 2017 18:52

"Yenə öpdürmədi dodaqdan" - FOTO

29 Mart 2017 18:47

Hollandiyanın məşhur şirkətinə Türkiyədə qadağa qoyuldu

29 Mart 2017 18:44

İngiltərə Avropanın ən iri neft yatağını kəşf edib

29 Mart 2017 18:42

SON DƏQİQƏ: 146 nəfərlik gəmi batdı, 1 nəfər sağ qaldı

29 Mart 2017 18:42

Ermənistanda siyasi məhbusların yaxınları aksiya keçirirlər

29 Mart 2017 18:42

Ərindən ayrılan 34 yaşlı Arzunun MÜƏMMALI İNTİHARI - FOTO

29 Mart 2017 18:42

Bu küçələrdə də hərəkət məhdudlaşdırılır

29 Mart 2017 18:39

DƏHŞƏT - Bir şilləyə görə həmkəndlisinin bütün ailəsini öldürdü - VİDEO

29 Mart 2017 18:38

“Microsoft” şirkəti “Windows 10” sisteminin yeni versiyasını internetdə yerləşdirib

29 Mart 2017 18:35

Həmsədrlər Qarabağla bağlı birgə BƏYANAT İMZALADI

29 Mart 2017 18:33

Həmsədrlərdən Qarabağ münaqişəsi ilə bağlı BƏYANAT

29 Mart 2017 18:32

Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olundu

29 Mart 2017 18:32

"Fast-food" restoranlarının 6 hiyləsi - FOTO

29 Mart 2017 18:32

Ukraynada əsgər zabitləri bıçaqladı

29 Mart 2017 18:29

Putindən Fələstin problemi ilə bağlı ÇAĞIRIŞ

29 Mart 2017 18:28

Mələkxanım imicini dəyişdi - FOTO

29 Mart 2017 18:27

Ronaldu: "Bəzi insanlar adımın aeroporta verilməsindən xoşlanmadı" - FOTO

29 Mart 2017 18:27

London regionlara müstəqillik əvəzinə yeni səlahiyyətlər vəd etdi

29 Mart 2017 18:23

Azərbaycan yeni təyyarələr alacaq

29 Mart 2017 18:22

Hakerlər "Muğanbank"ın saytını dağıdıb, belə yazdılar - FOTO

29 Mart 2017 18:19

BP 2017-ci ildə "Şahdəniz" yatağından sınaq rejimində qaz nəql edəcək

29 Mart 2017 18:17

31 mart soyqırım günü "Ünvansız qatar" göstəriləcək

29 Mart 2017 18:17

"Baharsız bahar"

29 Mart 2017 18:17

Mehman Hüseynovun vəsatətləri təmin edilmədi

29 Mart 2017 18:14

Merkel istefa üçün şərti açıqladı

29 Mart 2017 18:13

İranlı turistin asılmış meyiti tapıldı - İrəvanda

29 Mart 2017 18:12

Maral Tahirqızının şikayəti təmin olunmadı

29 Mart 2017 18:12

Azərbaycanlı model Tailandda yarıçılpaq... - FOTOLENT

29 Mart 2017 18:09

Fransua Fillonun yoldaşı Fenelope rəsmi olaraq

29 Mart 2017 18:06

Livan prezidenti yıxıldı

29 Mart 2017 18:05

Alimdən MÜBAHİSƏLİ TƏKLİF: “Günlərin adları dəyişdirilməlidir, çünki...” - MÜSAHİBƏ

29 Mart 2017 18:03

Putin yol polisinin rəisini işdən çıxardı

29 Mart 2017 17:59

"Məqsədimizə nail olmaq üçün..." - "Kəpəz"in futbolçusu

29 Mart 2017 17:57

Beynimizə istədiyimiz məlumatı yükləmək mümkün olacaq

29 Mart 2017 17:56

İkinci aprel müharibəsi - Ermənistandakı seçkilər nə vəd edir?

29 Mart 2017 17:54

Qiyməti əl yandıran məhsullar: 900 min dollara kompüter

29 Mart 2017 17:48

Ermənistandakı seçki saxtakarlıqları İFŞA EDİLDİ

29 Mart 2017 17:47