Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
15:23 17 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də İstanbulda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xüsusi vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.
Danışıqlardan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən brifinqdə müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə məlumat veriblər.
Mətbuat konfransında qeyd olunub ki, Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında üçtərəfli əməkdaşlıq regionda sülhün təmin edilməsinə və möhkəmləndirilməsinə yönəlib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib ki, hərbi təhsil, hərbi texniki sahələrdəki əməkdaşlıq hər üç ölkənin müdafiə qüdrətinin artırılmasına, həmçinin ərazi bütövlüyünün qorunmasında mühüm əhəmiyyət daşıyır. Müdafiə nazirlikləri arasında növbəti üçtərəfli görüşün Azərbaycanda keçiriləcəyini bildirən Zakir Həsənov diqqətə çatdırıb ki, hərbi sahədə əməkdaşlığa dair imzalanması müzakirə olunan memorandum tərəflərin maraqlarına uyğundur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turkiye_ve_Gurcustan_mudafie_nazirlerinin_uchterefli_gorusu_kechirilib-912058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR