Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əli və Nino"nun qəhrəmanı ən yaxşılar siyahısında

"Əli və Nino"nun qəhrəmanı ən yaxşılar siyahısında

Date: 17 December 2015 15:26

Yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsasında romantik dram janrında çəkilmiş eyniadlı filmin baş rol ifaçısı Mariya Valverde Avropanın ən yaxşı 10 gənc aktrisasından biri olub.

Axşam.az-ın məlumatına görə, onluğu "European Film Promotion" şirkəti tərtib edib.

İspaniyalı aktrisa Mariya Valverdenin 28 yaşı var. O, "Əli və Nino" filmində Nino obrazını canlandırıb. Flmin icraçı prodüseri Leyla Əliyevadır.

Ekran işi ilk dəfə 2016-cı ilin yanvar ayında ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq. Festival 21-31 yanvar tarixlərində Yuta ştatının Park-Siti şəhərində baş tutacaq.






Tags:  Əli Ninonun qəhrəmanı yaxşılar siyahısında

RƏYLƏR


Top news