"Moody’s" agentliyi "Unibank"ın reytinqini təsdiq edib

"Moody’s" agentliyi "Unibank"ın reytinqini təsdiq edib
15:32 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Unibank” ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “stabil” kimi təsdiqləyərək, Bankın 2014 -cü ildən bu günə qədər reytinqini "B2" səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Moody’s" ekspertləri "Unibank"ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin Bankın yaxşı kapitallaşması, adekvat idaretmə sistemləri və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.
Beynəlxalq reytinq agentliyinin ekspertləri "Unibank"ın reytinqinin artırılmasının mümkünlüyünü istisna etmir və bunun maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.
Qeyd edək ki, bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də "Unibank"ın reytinqini əvvəlki səviyyədə - "stabil" proqnozla təsdiqləyib. “Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması Bankın pərakəndə və mikro kreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/moody-s-agentliyi-unibank-in-reytinqini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR