​Azərbaycanda lisenziyaların sayı azaldılacaq

15:37 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, bunu deputat Vahid Əhmədov bugün "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirəsi zamanı bildirib.
V.Əhmədov deyib ki, dövlət təhlükəsizliyi, insan sağlamlığı üçün önəmli sayılmayan sahələr sərbəstləşdirilməlidir. O, həmçinin, bütün lisenziyaların və icazələrin verilməsinin "ASAN Xidmət"ə həvalə olunmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanda bütün nazirliklər lisenziyalaşma ilə məşğuldur ki, bu da korrupsiya mənbəyinə çevrilir.
İqtisadiyyyat və sənaye nazirini müavini Sahib Məmmədov isə bildirib ki, qanun layihəsində lisenziyaların sayının optimallaşdırılması da nəzərə alınıb və əgər təkliflər qəbul olunarsa, fəaliyyət növünə görə lisenziyaların sayı azaldılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda lisenziyalar 59 fəaliyyət növü üzrə verilir və alt sahələr də daxil olmaqla ümumi say 107-dir. Təklifdə həmin 59 fəaliyyət növü üzrə lisenziyaların optimallaşdırılması məsələsi də əksini tapıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycanda-lisenziyalarin-sayi-azaldilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR