Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın ölkəmizdəki səfiri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın ölkəmizdəki səfiri ilə görüş olub
15:38 17 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfiri Robert Sekuta ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından və müxtəlif sahələr üzrə həyata keçirilən əməkdaşlıqdan bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dinamik və hərtərəfli inkişafını stimullaşdıran siyasətinin uğurlu nəticələrini diqqətə çatdıran nazir hər bir ölkə vətəndaşının layiqli həyat və əmək şəraiti, sosial müdafiə sistemi ilə təmin olunmasının aparılan siyasətdə mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, ötən dövrdə ölkəmiz BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına, qadınlarla, uşaqlarla bağlı konvensiyalarına, BƏT-in əmək və məşğulluq sahəsində 57 Konvensiyasına, Avropa Sosial Xartiyasına, Avropa Şurasının Sosial Birlik üzrə Strategiyasına və s. sənədlərə qoşulub. Ümumilikdə Azərbaycan əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya, miqrasiya və digər sahələrdə sivil və demokratik dəyərləri təbliğ edən bütün beynəlxalq sənədləri ratifikasiya edib. Milli hüquqlar sistemi beynəlxalq normalar əsasında daim təkmiləşdirilir. Ölkədə cəmiyyətin hər bir üzvü üçün hər hansı ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə, sosial rifah xidmətlərindən yararlanma sahəsində bərabər imkanlar mövcuddur.
S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi üçün icra olunan sosial proqramları qeyd edib. Bildirib ki, əhalisinin sayı 9,7 milyona yaxınlaşan ölkədə 2,3 milyondan çox insanın dövlət tərəfindən birbaşa sosial təminatı həyata keçirilir. Dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam edir. Məqsədyönlü dövlət proqramları ölkədə iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsinin məşğulluğuna imkan yaradıb. Uğurla aparılan iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsi əmək bazarında sabitliyin qarşıdakı dövrdə də davam edəcəyinə əsas yaradıb. Nazir həmçinin əməyin ödənilməsində müsbət dinamikanın təmin edildiyini, orta aylıq əmək haqqının son 12 ildə 5,6 dəfədən çox, bu ilin 11 ayında 4,6 faiz artdığını bildirib.
Gənclərin məşğulluğu, sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının yaradılması sahəsində görülən işləri diqqətə çatdıran S.Müslümov son illərdə əmək və sosial müdafiə sisteminin müasir və innovativ, şəffaf iş mexanizmləri əsasında qurulması üçün aparılan islahatlar barədə də məlumat verib. Bildirib ki, ötən il Azərbaycanda tətbiqinə başlanılan əmək müqavilələri üzrə elektron informasiya sistemi dünyada uğurlu təcrübələrdən biri kimi qarşılanıb. Elektron qeydiyyat sistemi əmək bazarına obyektiv və birbaşa nəzarətin həyata keçirilməsinə imkan verməklə, ən başlıcası, işçi hüquqlarının səmərəli müdafiəsi üçün mühüm vasitədir. Cəmiyyətdə bu sistemə böyük marağın nəticəsidir ki, təkcə bu ilin 11 ayında vətəndaşlar həmin sistemdən 1 milyon 829 min dəfəyə qədər faydalanıb. Yeri gəlmişkən, əmək müqavilələri üzrə elektron informasiya sistemində qeydiyyatda olanların 150 nəfəri ABŞ vətəndaşlarıdır.
S.Müslümov Azərbaycanla ABŞ arasında əmək və sosial müdafiə sahəsində müəyyən layihələr çərçivəsində əlaqələrin mövcud olduğunu, bu sahədə sistemli əməkdaşlığın formalaşdırılması üçün müvafiq işlərin aparılmasının məqsədyönlü ola biləcəyini bildirib.
R.Sekuta əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib. O, ABŞ hökumətinin belə qəzaların aradan qaldırılmasında təcrübəsinin olduğunu və bu sahədə əməkdaşlığın əhəmiyyətli ola biləcəyini qeyd edib. Səfir ölkəmizdə sosial cəhətdən həssas qruplara diqqət və qayğı göstərilməsi, o cümlədən insan alveri qurbanlarının sosial müdafiəsi, uşaq əməyindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması sahəsində görülən işlərlə maraqlanıb.
S.Müslümov nazirliyin tabeliyində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət göstərdiyini, mərkəz tərəfindən təkcə cari ilin ötən dövründə 57 nəfər insan alveri qurbanının və insan alverinin qurbanına çevrilmək riski olan 19 nəfər şəxsin maddi, tibbi, hüquqi, psixoloji və s. yardımlarla təmin edildiyini diqqətə çatdırıb. Nazir insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq, aparılan işlər, bu mövzu ilə bağlı ictimai məlumatlandırma tədbirləri barədə də məlumat verib. Azərbaycanda uşaq əməyi ilə bağlı milli qanunvericiliyin də beynəlxalq prinsiplər əsasında təkmilləşdirildiyini vurğulayan S.Müslümov ölkənin Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmamış şəxslərin əmək, həmçinin onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasının qadağan edildiyini bildirib. O, aidiyyəti hökumət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq şəraitində aparılan işlərin müsbət nəticəsi kimi respublikada uşaq əməyindən qeyri-qanuni istifadə hallarının minimuma endiyini qeyd edib.
R.Sekuta həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası yönündə ölkəmizdə məqsədyönlü işlərin aparıldığını, xüsusən Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyətinin əhəmiyyətini, həmin mərkəzdə olaraq orada aparılan işlərlə yaxından maraqlanmaq istədiyini bildirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-ci ilin dekabrında istifadəyə verilən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin həmin gənclərin peşə və ümumən sosial reabilitasiyasında mühüm rol oynadığını qeyd edın nazir mərkəzdə indiyədək artıq 640-dək sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğunu, onların mərkəzdə müxtəlif peşələrə yiyələnməklə bərabər, yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin edildiklərini diqqətə çatdırıb.
R.Sekuta Azərbaycanın əmək və sosial müdafiə sahəsində mütərəqqi dünya təcrübəsindən istifadəyə həmişə xüsusi önəm verilməsini, son illərdə respublikada əmək və sosial təminat sistemində aparılan islahatları yüksək dəyərləndirib. Səfir gələcəkdə iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın qurulması, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün onun tərəfindən səylər göstəriləcəyini vurğulayıb.
Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qurban Qurbanov inamlı danışdı

22 Avqust 2017 22:57

"İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl

22 Avqust 2017 22:57

Şəki sakinini ilan sancdı

22 Avqust 2017 22:49

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 22:48

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Kopenhagenə gedib

22 Avqust 2017 22:42

Tramp Əfqanıstanla bağlı strategiyasını açıqlayıb

22 Avqust 2017 22:42

Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

22 Avqust 2017 22:37

Azərbaycanda yalnız bir ordu generalı var

22 Avqust 2017 22:33

Ağ Ev yaxınlığında şübhəli əşya tapılıb

22 Avqust 2017 22:32

Xətai rayonunun Sadıqcan Əbilov küçəsində hərəkət məhdudlaşdırılıb

22 Avqust 2017 22:22

İtaliyada zəlzələ -

22 Avqust 2017 22:20

Ani diqqətsizlik insanların həyatına son qoya bilər - quyular açıq vəziyyətdədir - VİDEO

22 Avqust 2017 22:18

Latviyada çadra qadağan olunur

22 Avqust 2017 22:14

Hindistanda 462 nəfər daş atma festivalında xəsarət alıb

22 Avqust 2017 22:12

Məşhur aktyorun qızından çılpaq fotosessiya

22 Avqust 2017 22:08

"Kopenhagen"in baş məşqçisindən "Qarabağ" şərhi

22 Avqust 2017 22:07

İraq ordusu İŞİD-in müdafiə xəttini yardı -

22 Avqust 2017 22:00

BMT: Nigeriyada terrorçular 83 uşaqdan kamikadze kimi istifadə ediblər

22 Avqust 2017 21:57

Yol kənarındakı restoranlarda spirtli içki satmaq düzgündürmü? - VİDEO

22 Avqust 2017 21:48

Aygün Kazımovanın "yataq fotosu"ndakı oğlan kimdir?

22 Avqust 2017 21:38

Suriyanın Hama vilayətinə endirilmiş hava zərbələri nəticəsində 50 dinc sakin həlak olub

22 Avqust 2017 21:37

İran PKK-ya qarşı Türkiyə ilə birgə əməliyyat planlaşdırmır

22 Avqust 2017 21:34

Hamı onların toyunu maraqla izləmişdi. Boşanırlar-

22 Avqust 2017 21:25

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə HƏDƏLƏDİ

22 Avqust 2017 21:18

Fındıq ixracı ölkəmizə 105 milyon dollar gəlir gətirib

22 Avqust 2017 21:12

“ASAN peşə” üzrə sənəd qəbulu başa çatdı

22 Avqust 2017 21:09

Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?

22 Avqust 2017 21:03

Qvardioladan Messi barədə açıqlama

22 Avqust 2017 20:55

Naxçıvan ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür

22 Avqust 2017 20:52

“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi

22 Avqust 2017 20:43

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 20:42

Şimali Koreyadan ABŞ-a növbəti hədə

22 Avqust 2017 20:39

Mingəçevirdə azyaşlı təhlükəli maddədən zəhərlənib

22 Avqust 2017 20:37

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

22 Avqust 2017 20:30

Mayonezin saça bu faydasını bilmirsiniz... - MASKA

22 Avqust 2017 20:28

Tahir Rzayev: Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyanı satacaq

22 Avqust 2017 20:18

"Kopenhagen"in baş məşqçisi: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

22 Avqust 2017 20:12

İki il əvvəlki VARİANT, düşmənin tamamilə MƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Avqust 2017 20:03

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

22 Avqust 2017 20:02

Azərbaycandan Gürcüstana dəstək -

22 Avqust 2017 20:02

"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

22 Avqust 2017 19:47

Ayrıldığı deyilən müğənni haqda şok iddia - FOTOLAR

22 Avqust 2017 19:38

Rostovdakı yanğın tamamilə söndürüldü -

22 Avqust 2017 19:38

Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

22 Avqust 2017 19:37

FHN-in xilasediciləri Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb olunub

22 Avqust 2017 19:34

Rəqqasə Oksanadan cazibədar pozalar - YENİ FOTOLENT

22 Avqust 2017 19:29

Fransanın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq mühitindən BƏHS EDİLDİ

22 Avqust 2017 19:23

Barselona terrorunda şübhəli bilinən əsas silahlı məhv edildi

22 Avqust 2017 19:16

Sürücülərin nəzərinə: bu yol sabahdan bağlanacaq - XƏBƏRDARLIQ

22 Avqust 2017 19:14

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya TƏTBİQ ETDI

22 Avqust 2017 19:13