İdmançılarımız ömürlük cəzalana bilər (FOTO)

İdmançılarımız ömürlük cəzalana bilər (FOTO)
15:47 17 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycanın 2 ağırlıqqaldırma üzrə idmançısını yarışdan kənarlaşdırıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 62 kq çəki dərəcəsində Valentin Xristov və 77 kq çəki dərəcəsində Elxan Əliqulizadənin orqanizmində dopinq-test yoxlaması zamanı naydrolon aşkarlanıb.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu barədə mətbuat konfrasında danışıb:

"İdmançılarımızda dopinq tapılması ilə bağlı məlumatı hələ yeni almışıq, müzakirə etməmişik. Milli Olimpiya Komitəsində anti-dopinq komissiyamız var. İdmançılar qayıtsınlar, mütəxəssislər baxacaqlar. Müzakirə olunandan sonra bir nəticəyə gəlinəcək"


Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə

Bolqarıstanlı legioner Valentin Xristov 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

2012, 2013 və 2015-ci illər daxil olmaqla 9 qat Avropa Çempionu olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR