​Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək

​Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək
15:47 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 18-də vergilər naziri Fazil Məmmədov Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinin Nizami küçəsi,14 ünvanında yerləşən inzibati binasında Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 11 saylı Ərazi Vergilər Departamenti, Ağdaş, Ucar və Zərdab rayonu vergi ödəyicilərinə xidmət mərkəzləri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/vergiler-naziri-yevlaxda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR