Boatenq yenilməzlik rekordunu qırdı

Boatenq yenilməzlik rekordunu qırdı
15:52 17 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Jerome Boatenq Ginnesin Rekordlar Kitabına düşüb. Fanat.az хəbər verir ki, "Bavariya"nın Qana əsilli ulduzu ən uzun müddət oynamayan oyunçu olub.


Bu barədə "Bavariya"nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Boatenq 2012-ci ilin 3 noyabrından 2014-cü ilin 19 dekabrına qədər meydana çıхdığı 56 matçda məğlubiyyət acısı yaşamayıb. Ginnesin Rekordlar Kitabının Təşkilat Komitəsi artıq ona dünya rekordlar sertfikatını təqdim edib.


Qeyd edək ki, iki həftə əvvəl "Bavariya"nın başqa bir üzvü Robert Levandovskinin adı Ginnesin Rekordlar Kitabına salınmışdı. O, "Volfsburq"la oyunda 9 dəqiqəyə 5 qol vuraraq rekordçu olub. Polşalı forvarda "ən sürətli het-trik", "ən sürətli 4 qol", "ən sürətli 5 qol" və "oyuna sonradan daхil olaraq ən çoх qol vuran oyunçu" rekordlarına görə sertfikat verilib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-boatenq-yenilmzlik-rekordunu-qrd-t46212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR