Heydər Əliyev Mərkəzində böyük britaniyalı heykəltəraşın sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində böyük britaniyalı heykəltəraşın sərgisi açılacaq
16:02 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində Böyük Britaniyanın tanınmış heykəltəraşı Riçard Dikonun "Digər tərəfdən" (On the Other Side) adlı fərdi sərgisi açılacaq. Mərkəzdən "Report"a verilən xəbərə görə, dekabrın 18-də açılacaq ekspozisiyada müəllifin 50-dək əsəri nümayiş olunacaq.
Sərgidə ağac, metal və keramikadan hazırlanan həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim ediləcək.
R.Dikon həmişə israrla bildirib ki, özünü klassik mənada heykəltəraş hesab etmir. O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir.
Qeyd edək ki, sərgi gələn ilin iyulun 15-ə kimi davam edəcək.
Xatırladaq ki, Riçard Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu "Törner" mükafatına layiq görülüb. 40 ildən artıq müddətdə yaradıcılıqla məşğul olan R.Dikon hazırda Londonda yaşayır və fəaliyyət göstərir. 

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/heyder-eliyev-merkezinde-boyuk-britaniyali-heykelterasin-sergisi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR