“Kim ki, yüz il yaşamasa...” ədəbi-bədii kompozisiyası təqdim olunub

“Kim ki, yüz il yaşamasa...” ədəbi-bədii kompozisiyası təqdim olunub
16:03 17 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 17-də Suraxanı rayon mədəniyyət mərkəzində Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Bülbülə qəsəbəsinin mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Xalq Şairi Osman Sarıvəllinin anadan olmasının 110 illiyinə həsr edilmiş ”Kim ki yüz il yaşamasa...” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış olublar. Sonra şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Səbinə Məmmədova, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehdi Təhməzov, rayonun 97, 79 nömrəli orta məktəblərinin və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı, şairə-publisist Z.D.Qayalı, kitabxananın əməkdaşı Zabitə Əliməmmədova və başqaları şairin həyat və yaradıcılığından söhbət açıblar.
Sonda Bülbülə mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivinin müşayiəti ilə orta məktəb şagirdləri və mədəniyyət evinin fəal üzvlərinin ifasında şairin şeirləri və şeirlərinə bəstələnmiş mahnılardan ibarət “Kim ki yüz il yaşamasa...” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kim_ki_yuz_il_yasamasa_edebi_bedii_kompozisiyasi_teqdim_olunub-912081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR