Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun sərgisi açılacaq
16:17 17 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun "Digər tərəfdən" (On the Other Side) adlı fərdi sərgisi açılacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ekspozisiyada müəllifin 50-dək əsəri nümayiş olunacaq. Sərgidə ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilir.

R.Dikon həmişə israrla bildirir ki, ozünü klassik mənada heykəltəraş hesab etmir. O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac, yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir.

R.Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu "Törner" mükafatına layiq görülüb. 40 ildən artıq müddətdə yaradıcılıqla məşğul olan R.Dikon hazırda Londonda yaşayır və fəaliyyət göstərir.

R.Dikonun Heydər Əliyev Mərkəzindəki sərgisi 15 iyul 2016-cı ilədək davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/391055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR