Hamza Hamzaoğlunun yeni komandası bəlli oldu

Hamza Hamzaoğlunun yeni komandası bəlli oldu
16:21 17 Dekabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl “Qalatasaray”la yollarını ayıran Hamza Hamzaoğlunun yeni komandası məlum olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis “Bursaspor”la anlaşıb.

 

Klub rəsmi saytı vasitəsilə bu məlumatı yayıb və Hamzaoğlunun 1,5 illik müqaviləyə imza atdığını bəyan edib. Bu gün Bursaya yollanaraq komandanın sükanı arxasına keçəcək yeni çalışdırıcı ilk oyununa dekabrın 19-da “Konyaspor”la görüşdə çıxacaq.

 

Qeyd edək ki, “Bursaspor” Superliqanın XIII turundan sonra Ərtoğrul Sağlamla yollarını ayırmışdı. Hamza Hamzaoğlu isə XI turda “Çaykur Rizəspor”a məğlubiyyətdən sonra “Qalatasaray” rəhbərliyi tərəfindən istefaya göndərilmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR