Rusiyanın hüquq-mühafizə orqanları "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialında axtarışlara başlayıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, axtarış bu gün səhər saat 10:00 radələrindən etibarən başlayıb.
Axtarışla bağlı olaraq "bank-müştəri" xidməti də fəaliyyətini dayandırıb. "Fontanka" portalının məlumatına görə, cinayət işi çərçivəsində aparılan axtarış tədbirləri pulların qanunsuz olaraq sərhəddən kənara çıxarılması ilə bağlıdır.
Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə ANS PRESS-ə açıqlamasında polisin banka gəldiyini təsdiqləyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi arxiv sənədlərini əldə etmək üçün gəliblər. "Hazırda filialı fəaliyyətini davam etdirir".
Məlumata görə, polislər filialdan bəzi sənədləri götürüblər.