Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qənirə Paşayeva Türkiyədə konfrans keçirib

Qənirə Paşayeva Türkiyədə konfrans keçirib

"Onların çoxunun tələbə yataqxanlarına ehtiyacı var" - Qənirə Paşayeva (17 Mart 2017 18:47)
Q. Paşayeva Türkiyənin baş naziri və tanınmış ziyalıları ilə görüşüb (12 Mart 2017 02:53)
Qənirə Paşayeva: “Bölgələrdə baxçalar və məktəbəqədər təhsillə bağlı problemlər var” (10 Mart 2017 12:33)

Tarix: 17 Dekabr 2015 16:22

 

Millət vəkili Qənirə Paşayeva Aydında “Azərbaycan, Türkiyə və Türk Dünyası" adlı konfrans keçirib. 

Lent.az-ın məlumatına görə, Aydın Türk və Ülkü Ocaklarının, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə keçirilən konfransda geniş məruzə edən Qənirə Paşayeva çıxışında türk kökənli bütün insanları Türk dünyasının müxtəlif bölgələrində yaşanan ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb. 

 

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”,  Prezident İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından da danışaraq bildirib ki, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

 

O, İncirliovanın mərkəzi küçələrindən birinə Laçın, parklardan birinə Qarabağ, Efelerde mərkəzi küçələrdən birinə Azərbaycan, parklardan birinə Kəlbəcər adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanları tərəfindən dəstəkləndiyini deyərək bu cür addımların önəmindən də danışıb.

Qənirə Paşayeva tədbirin sonunda özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “Hocalı Soykırımı:tanıkların dilinden” kitablarını tədbir iştirakçılarına imzalı hədiyyə edib. 








Teqlər:  Qənirə Paşayeva Türkiyədə konfrans keçirib



RƏYLƏR


Top xəbərlər