İordaniya mətbuatı ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlər barədə yazır

16:28 17 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Əmman, 17 dekabr, AZƏRTAC
İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzeti və digər mətbuat orqanları ulu öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən keçirilmiş anım tədbirləri barədə məqalələr yayıb.
Məqalələrdə səfir Sabir Ağabəyovun görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında fikirləri yer alıb. Ulu Öndərin müstəqil Azərbaycanın bir dövlət kimi qorunub saxlanmasında mühüm xidmətləri qeyd edilib, onun bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğu vurğulanıb. Bildirilib ki, bütün mənalı ömrünü ölkəsinin inkişafına, xalqının rifahının yaxşılaşmasına həsr edən Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Ulu Öndər Azərbaycana sabitlik, iqtisadi, sosial inkişaf, demokratiya gətirib, ölkənin hərtərəfli tərəqqisi üçün mühüm addımlar atıb. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 20 ildə Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iordaniya_metbuati_ulu_onder_Heyder_Aliyevin_xatiresine_hesr_olunan_tedbirler_barede_yazir-912095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR