SOCAR “Neft Daşları”nda itkin düşmüş neftçilərin ailəsinə yardım verilməsini öz üzərinə götürüb

SOCAR “Neft Daşları”nda itkin düşmüş neftçilərin ailəsinə yardım verilməsini öz üzərinə götürüb
16:38 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.
"Report" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qeyd olunub ki, SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.                               

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-neft-daslari-nda-itkin-dusmus-neftcilerin-ailesine-yardim-verilmesini-oz-uzerine-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR