SOCAR itkin düşmüş 3 neftçinin ailəsinə 15 min manat verəcək

SOCAR itkin düşmüş 3 neftçinin ailəsinə 15 min manat verəcək
16:39 17 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

 

Lent.az şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

                               

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR