Növbəti tədris ilindən dərsliklərdə dinlə bağlı məsələlərə geniş yer veriləcək

Növbəti tədris ilindən dərsliklərdə dinlə bağlı məsələlərə geniş yer veriləcək
16:44 17 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Növbəti tədris ilindən orta məktəb dərsliklərində dinlə bağlı məsələlərə geniş yer veriləcək. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, dərsliklərdə müxtəlif dinlər və dini cərəyanlar barədə məlumatlar öz əksini tapacaq: "Dərsliklərdə yalnız islam dini yox, bütün dinlərlə bağlı məsələlərə yer veriləcək. Bildiyiniz kimi, orta məktəblərdə "Həyat bilgisi" dərsliyi var. Həmin dərslikdə dinlər barədə məlumat verilir. Həmçinin "Ədəbiyyat" və "Tarix" dərsliklərində dini bilgilər yer alıb".

Onun sözlərinə görə, belə bir fikir var idi ki, 10-cu sinifdə 1 rüb ərzində dinlə bağlı kurs keçirilsin: "Lakin sonradan qənaətə gəlindi ki, dərsliklərdə dinlə bağlı məlumatlara geniş yer verilsin".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR