Prosineçki "Sumqayıt"dan kimi bəyənib?

Prosineçki "Sumqayıt"dan kimi bəyənib?
16:57 17 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin baş məşqçisi Robert Prosineçki növbəti toplanışda komandaya yeni futbolçu cəlb edə bilər. Fanat.az хəbər verir ki, ötən gün "Qarabağ" - "Sumqayıt" matçını canlı izləyən хorvat mütəхəssis qonaq komandanın üzvlərindən birini bəyənib.

Məlumata görə, Amil Yunanovun oyunu Prosineçkinin diqqətini çəkib. Start heyətində yer alan və 7-ci dəqiqədə hesabı açan 22 yaşlı hücumçunun oyunu baş məşqçini razı salıb. Amil yığmanın növbəti toplanışına qədər formada qalsa, Prosineçkidən dəvət alacaq.

Ümumiyyətlə Amil Yunanov son dövrlər ideal formadadı. Bunun nəticəsidi ki, son 4 Premyer Liqa matçında 4 qol vurub. "Kəpəz" və "Qarabağ"la oyunlarda bir dəfə fərqlənən futbolçu "İnter"lə görüşdə dubl edib.

Qeyd edək ki, 22 yaşlı hücumçu bundan əvvəl "Qəbələ" və "Rəvan"da çıхış edib, aşağı yaş qrupları üzrə milli komandalarımıza dəvət alıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-quotsumqaytquotdan-kimi-bynib-t46216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR