Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

SOCAR "Neft Daşları"nda itkin düşmüş neftçilərin ailələrinə maddi yardım verdi

SOCAR "Neft Daşları"nda itkin düşmüş neftçilərin ailələrinə maddi yardım verdi

Date: 17 December 2015 17:03

Bakı. Trend:

SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə Dövlət Neft Şirkəti tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  SOCAR Neft Daşlarında itkin düşmüş neftçilərin ailələrinə maddi yardım verdi


RƏYLƏR


Top news