Vüsal Quliyev: Bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur

Vüsal Quliyev: Bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur
17:04 17 Dekabr 2015
9 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev "Gənclər dini radikalizm və ekstremizmə "yox" deyir" mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, bu cür halların qarşısını almaq üçün təbliğat işlərində aktivlik nümayiş etdirilməlidir: "Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdır. Təhlükəli dini cərəyanların yayılması qadağandır, bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə mühüm vəzifə düşür. KİV-lər də bu işlərdən yaxalarını kənara çəkməməlidirlər".

PA rəsmisi vurğulayıb ki, Azərbaycan gəncliyi vətənpərvərdir, dövlətçiliyinə sadiqdir: "Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizm və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2470885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR