Birləşmiş Millətlər Təşkilatının İKT-nin terrorist məqsədlər ilə mübarizə üzrə xüsusi iclası keçirilir

Birləşmiş Millətlər Təşkilatının İKT-nin terrorist məqsədlər ilə mübarizə üzrə xüsusi iclası keçirilir
17:07 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının Terrorizm əleyhinə komitəsinin İKT-nin terrorizm məqsədi ilə sui-istifadəsi üzrə iclası və texniki sessiyaları keçirilir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən,  iclasda  bildirilib ki, terrorist qruplar interneti və sosial medianı  zorakılığın radikallaşdırılması, təlim, planlaşma, məlumat toplamaq, rabitə, hazırlıq, hücumların maliyyələşməsi və icrası məqsədi ilə istifadə edirlər.
 
Təhlükəsizlik Şurasının Terrorizm əleyhinə komitəsi bu mövzuya həsr edilmiş iclasda insan hüquqlarını təmin etməklə yanaşı, terroristlərin internetdən məhrum edilməsi üzrə müzakirələr aparır. Müzakirələrdə “Facebook”, “Google”, “Microsoft”, “Twitter”, “Weibo” şirkətlərinin, Parisin baş prokurorunun və  vətəndaş cəmiyyətinin fəalları iştirak edirlər.
 
Brifinq BMT üzvləri, müşahidəçi dövlətlər, dövlətlərarası  təşkilatlar, xüsusi müəssisələr və eyni zamanda kütləvi informasiya vasitələri  üçün açıqdır.
 
Aynur Vəliyeva



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40452-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR