Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk ulduzların azərbaycanlı yoqa ustası haqda qərar verildi

Türk ulduzların azərbaycanlı yoqa ustası haqda qərar verildi

Date: 17 December 2015 17:11

Türkiyədə bir çox tanınmış şəxslərin yoqa ustası olan, bir müddət öncə həbs xərbəi yayılan azərbaycanlı Akif Manaf haqqında məhkəmə qərarını elan etdi.
Hakim "cinsi istismar" "qəsdən adamyaralama" ittihamı ilə saxlanılan professorun bəraətinə qərar verib.

İstanbul 11. Ağır Cəza Məhkəməsində baş tutan prosesə A.Manafın vəkili qatılıb. Məhkəmə onun əməlində cinayət ünsürü olmadığına qərar verib.

Dövlət ittihamçısı yoqa ustasının 12ildən 15-ilə kimi azadlıqdan məhrum edilməsini tələb etmişdi.

A.Manaf polis tərəfindən ötən ilin yayında saxlanılmışdı.


ANS PRESS-in məlumatına görə, onun "enerji ötürürəm" "çakralarını açıram" deyə qadınları cinsi istismara məruz qoyduğu iddia edilirdi.
58 yaşlı yoqa ustası qadınların şikayətindən sonra ötən ilin yayında saxlanılmışdı.

İddinamədə belə deyilir: "Şikayətçi qadın müttəhim tərəfindən verilən yoqa dərslərinə qatılmağa başlayıb. O, daha sonra eyni mərkəzda çalışmağa başlayıb. Qadın ona oxumaq üçün müxtəlif kitablar verildiyini, yerə uzanması deyilərək əl ilə bədəninə toxunlduğunu, yarı huşsuz vəziyyətdə cinsi münasibətə vadar edildiyini deyib. Daha sonra onlar birlikdə yaşamağa başlayıblar.Lakin bir müddət sonra şübhəlidən uzaqlaşmağa başlayıb. Buna görə də təzyiqlər başlayıb".

Qeyd edək ki, bundan əlavə 11 başqa qadın və kişi də A.Manafdan şikayət edib.
Aralarında Mehmet Əli Erbil, Okan Karaca kimi bir çox tanınmış müştəriləri də olan Akif Manaf fırıldaqçılıq, şantaj etmə, təhdid etmə və cinsi istismarda təqsirli bilinirdi.

Məlumata görə, Akif Manaf 1958-ci ildə Azərbaycanda doğulub. Moskvada ali təhsil alıb. Fəlsəfə doktoru adı alandan sonra isə Hindistanda profüssor adı qazanıb.

Tags:  Türk ulduzların azərbaycanlı yoqa ustası haqda qərar verildi

RƏYLƏR


Top news